Page 254 - "Zəfər və ilğım"
P. 254
görmüşdü vә bunu dilә gәtirmәyә çәkinmirdi. Zoya tezliklә
yaxşı ailәdәn olan tanınmış bir aktyora әrә getdi vә sonralar
dinә tapınaraq, sakit hәyat sürmәyә başladı.

O, mәşq zamanı baş verәn hadisәdәn xәbәr tutunca,
Samoylovun qolunun sarığını yoxladı, sonra da yemәk ha-
zırlamağı tәklif etdi. Tezliklә qızardılan kartofun qoxusu
bütün mәnzilә yayıldı. Zoya yaxınlıqdakı kulinariya mağa-
zasından aldıqları kotletlәrlә turşunu da süfrәyә qoydu.
Araq azlıq elәdi. Qaçıb aşağıdan yenә araq aldılar. Gözlә-
nilmәdәn Pılnovanın qonaqları – müvәqqәti olaraq onun
yanında qalan rәfiqәlәri gәldi. Onlardan biri – ucaboylu,
saçlarını qısa kәsdirmiş yaraşıqlı qız Samoylovun çox
xoşuna gәldi. Qızın adı Karmen idi. Sonralar mәlum oldu
ki, anası Bolşoy Teatrda müğәnnidir, eyniadlı tamaşada oy-
nadığı üçün Prosper Merimenin vә Bizenin operasındakı
qәhrәmanın adını qızına qoyubmuş. Karmen Tibb İnstitutunun
tәlәbәsiydi. O, teatrda baş verәnlәrdәn xәbәr tutan kimi,
Viktordan yan otağa keçmәyi tәlәb etdi. Özü dә Viktorun
arxasınca gәlib, onu çarpayıya oturtdu vә dedi:

254 – Qolunuzu pis sarıyıblar. Baxın, barmaqlarınızın ucu
göyәrib. Sarğını yenilәmәk lazımdır. Daha araq içmәyin,
araqla yara sağalmaz. Aşağıda aptek var, bir dәqiqә gözlәyin,
gәlirәm.
Bir azdan qayıdanda әlindә hidrogen peroksidi vә qliserin
mәhlulu olan şüşәlәr, pambıq vә bint vardı. Qız qıvraq
hәrәkәtlәrlә onun sarğısını dәyişdi vә Samoylova dedi ki,
ağzını açsın.
– Bu nәyә lazımdır? – Samoylov tәәccüblәndi.
– Sәsin xoşuma gәlmir, görünür, mәşqlәrdә sәsini gücә
salmısan, bu, anginanın fәsadına oxşamır, – qız kiçik qırmızı
makiyaj qutusundan dırnaqtәmizlәyәn çıxardı, ona pambıq
dolayıb, Samoylovun boğazına lüqol sürtdü.
Samoylov şәxsi hәyatına bu cür müdaxilәdәn başını itir-
mişdi, neylәyәcәyini bilmirdi. Boğazı acışırdı deyә, dәrma-
   249   250   251   252   253   254   255   256   257   258   259