Page 199 - "Zəfər və ilğım"
P. 199
– Xoruz?! Nәdi, yenә dәmdi?
Uzaqdan Nasonovun sәsi eşidildi, Semyon Qudzenkonun
şeirini oxuyurdu:

Ölümə gedənlər mahnı oxuyur,
Ölümdən qabaqsa, ağlayır onlar…

Dәhlizdәkilәr şeiri dinlәyә-dinlәyә söhbәtlәrinә davam
edirdilәr.

– Hәlә nәlәr olacaq, – Kaçançik başıyla qızlara işarә elә-
di, – gör, neçә gözәlçә var burda…

Lüsya yan otaqdakı güzgünün qarşısında üst-başını
qaydaya saldı, sonra gödәkcәsini götürüb, çıxışa sarı getdi.

– Hara gedirsәn? – Filatıç onun yolunu kәsdi, – meydandan
qaçırsan? Yadına sal:

Hər şey yanıb kül olubsa, 199
Dünya boşalıbsa əgər,
Sən yalnız öz iradənə möhtacsansa,
Ürəyini, əsəblərini, bədənini,
Məcbur elə, yarı yolda qoymasınlar…

– Elәdir, Lyonya, mәn indi öz iradәmә möhtacam, o isә
mәnә deyir ki: “çıx get”. Viktora çatdırın ki, gәrәk may
ayında toy elәmәyәydi, bu izdivacdan yarımayacaq. İstәni-
lәn halda onlara xoşbәxtlik arzulayıram.

– Lüsya, aktrisa bircә dәfә incidilmiş qadın rolunu oy-
nadısa, batdı, ona hәmişә belә rollar tәklif edәcәklәr.

– Niyә? Bunu kim deyib?
– İnanmayacaqsan, amma bunu mәn deyirәm.
– Bu, qorxulu deyil. Qorxulu olanlar – riyakarlar, ikiüz-
lülәrdir. Viktorun bәy roluna girdiyini görәndә, Ofeliyanın
aqibәtinin niyә puç olduğunu anlamağa başlayırsan. Hәlәlik!
Filatıç son anda Lüsyanı ayaq saxlamağa mәcbur etdi.
– Siqaretin var? – soruşdu.
   194   195   196   197   198   199   200   201   202   203   204