Page 194 - "Zəfər və ilğım"
P. 194
Samoylov gәlini axtarmağa başladı. Evin hәr tәrәfindәn
onun sәsi eşidilirdi: “Tanya! Әzizim! Hardasan, Tanya?”.
Hay-küy, gülüş sәdaları evi başına götürmüşdü. Gәlini evin
zirzәmisindә gizlәdiblәrmiş! Tapılan gәlini süfrә arxasına
gәtirdilәr vә hamı öz yerini tutduqdan sonra Boris İvanoviç
söz aldı:
– Hörmәtli Aleksandr Pavloviç, arvadım Vera Vladimirov-
na, әziz qonaqlar, qızımız Tanya vә kürәkәnimiz Viktorun
toy günündә bu evә, bu ocağa tәşrif buyurduğunuz üçün
çox sağ olun. Sağ olun ki, bizim bu xoş günümüzdә sevin-
cimizi bölüşürsüz…
Ana tәrәfdәn gәlinin qohumları pıçıldaşmağa başladı:
әvvәlcә Tanyanın anası tost desin, yoxsa, qonaq – Aleksandr
Pavloviç? Vera Vladimirovnanın bacısı Şura birinci onun
çıxış etmәsini istәyirdi. Ancaq Vera Vladimirovna üzünü
Samoylovun atasına tutub dedi:
– Gәlin, Viktorun atası Aleksandr Pavloviçdәn xahiş
edәk, övladlarımıza öz xeyir-duasını versin.
Aleksandr Pavloviç әlli yaşlarında, yaraşıqlı, tәmkinli
bir kişiydi, pencәyinin yaxasını müxtәlif illәrdә aldığı
194 mükafatlar bәzәyirdi. O, әtrafında әylәşәnlәrә göz gәzdirdi,
hamının susmasını gözlәdi.
– Xeyir-dua vermәk yaxşı işdir, Vera Vladimirovna.
Ancaq axı biz kilsәdә deyilik. Ailәnin rifahı, xoşbәxtliyi
özümüzdәn asılıdır. Necә başlayırıqsa, elә dә davam edirik.
Viktorun anası sәngәrdә hamilә qalıb. Onda leytenantlar
üçün xüsusi imtiyazlar nәzәrdә tutulmamışdı. Onunla 45-ci
ildә Vyaznikidә evlәndik. Belә şeylәri, – o, süfrәyә işarә
etdi, – heç xәyalımıza da gәtirmirdik. Ancaq tez-tәlәsik
evlәnmәyimizә baxmayaraq, bunun mәsuliyyәtini dәrk edir-
dik. Hәr şey çox sadәydi – müharibә gedirdi, amma biz bir-
birimizin yanındaydıq, xoşbәxt idik – sabah bütün bunlar
olmaya bilәrdi. Mәn öz qadınıma çox minnәtdar idim – o
qanlı-qadalı günlәrdә sağ qalmışdım, üstәlik, qadınım
hәyatını riskә atıb, öz ürәyinin atәşini mәnә bәxş etmişdi.