Page 196 - "Zəfər və ilğım"
P. 196
– Adınız nәdir? – Aleksandr Pavloviç üzünü Lüsyaya tu-
tub soruşdu.

– Lüsya! Viktorun kurs yoldaşıyam, – Lüsya könülsüz
cavab verdi.

– Belә olmaz, әzizim. Özü dә Tanya haqlıdır: Ofeliya,
doğrudan da, şahzadәdir, – Tanyanın gözlәrinin yaşardığını
görәn Aleksandr Pavloviç әlavә etdi, – bizim Tanya da şah-
zadәdәn әskik qız deyil. Üzr istәyin, Lüsya.

Ortaya yenә dә ağır sükut çökdü.
– Bağışlayın, – Lüsya qәfildәn stulunu arxaya çәkib,
qeyzlә dillәndi. O, süfrә arxasından çıxarkәn әyri-әyri
Tatyanaya baxıb әlavә etdi: – Taqanka Teatrında “Hamlet”i
sәhnәlәşdirmәyә hazırlaşırlar, o isә Ofeliyanın kim olduğu-
nu bilmir. Belә şahzadә olar?
Lüsya arxasına baxmadan dәhlizә çıxdı vә әllәri әsә-әsә
çantasından siqaret götürdü.
– Nә isә, insan kimisә sevә bilәr, ancaq ondan qarşılıqlı
sevgi tәlәb etmәk nәyә lazım? – Viktorun atası istehzayla

196

“Üfüqlər burada sakitdir…” tamaşası, 1971-ci il.
Y.Kornilova, T.Jukova, V.Radunskaya, N.Şatskaya,

N.Sayko
   191   192   193   194   195   196   197   198   199   200   201