Page 200 - "Zəfər və ilğım"
P. 200
– Al, qutunu götür, әl çәk mәndәn, – Lüsya çantasından
siqaret qutusunu çıxarıb, Filatıçın üstünә tulladı vә çıxıb
getdi.

Otaqda şeir deyәn Nasonovu alqışladılar. Sonra Şura
xala tost dedi.

Lüsya evin yanında saxlatdığı maşına minib getdi.
Bu zaman Boriska hövlnak özünü evә saldı. Әlindә qa-
nadlarını çırparaq çabalayan iri bir xoruz vardı. Toplaşanlar
tәәccüblü baxışlarını Boriskanın üzünә zillәdi. O, xoruzu
alıcı quş kimi yuxarı qaldırıb, hamını sakit olmağa çağırdı:
– Diqqәt: yumoristik improvizasiya. İfa edirlәr: xoruz
Mendelson vә sağdış Boris Mamont. İki sәs üçün konsert.

Tanış olun, bu, Petyadır,
Yaxşı oğlandır, deyilmi?
Darıxmağa qoymarıq sizi…
– Oynayaqmı, Petya?
– Toy-toy oynayaq, aparıcı mənəm!
– Yaxşı, qoy olsun!
İki şey arzulayırlar toyda,
200 Sevgi və sədaqət.
Afərin, əla duetimiz var.
– Artıq adam kimdir burda?
– Artıq adamımız yoxdur.
Vitya, Tanya, finişə doğru, irəli.
Lenti qırın, keçin, keçin…
– Üç uşaq gətirin dünyaya.
– Üç uşaqdan az olmasın.
– Bir sual da verim sizə:
– Qızıl dövrə çatacağıq?
– Әlbəttə! Әlbəttə!

Gurultulu alqış sәdaları qopdu. Әmәlli-başlı hövllәnәn
xoruz birdәn-birә çırpınıb, Boriskanın әlindәn çıxdı vә
stolun üstündә nә vardısa – araq şüşәlәri, qәdәhlәr, boşqablar,
   195   196   197   198   199   200   201   202   203   204   205