Page 203 - "Zəfər və ilğım"
P. 203
yov üçüncü Bernardo tәyin olunmuşdu – o da Samoylov 203
kimi qeyri-müәyyәn vәziyyәtdәydi, oynayıb-oynamayacağı
bilinmirdi.
– Viktor, Peredelkinoya gedirәm. Pasternakın qәbrini
ziyarәt edәcәyәm. Gedәk mәnimlә?
– Gedәk, onsuz da vaxtım çoxdur.
O, arvadına zәng edib, evә gec gәlәcәyini bildirdi. Kiyev
vağzalında bilet alıb, elektrik qatarına әylәşdilәr vә 25 dәqi-
qәdәn sonra “Peredelkino” stansiyasında oldular. Patriarx
evinin, kilsәnin yanından keçib qәbiristanlığa gәldilәr.
Pasternakın qәbrini çox axtarmalı olmadılar. Şairin sadә
abidәsinin önündәki tәpәciyin üstündә iki gül dәstәsi vardı.
Artıq solmuş böyük çәlәngin üzәrindә “Avstriya hәmkarlar
ittifaqından” sözlәri yazılmışdı. Slava tәpәciyә qalxıb, әl-
qolunu ölçә-ölçә, öz şeirini oxumağa başladı. Әslindә ikisi
dә әdәbi yaradıcılığa meyil edirdi, onları bir-birinә
yaxınlaşdıran da bu idi. Samoylov Korolyovu hәm bacarıqlı
tәnqidçi, hәm dә maraqlı şair kimi tanıyırdı. O vaxtlar
Taqanka Teatrında әdәbi yaradıcılıqla çox adam mәşğul
olurdu. Zolotuxin povest yazıb çap etdirmişdi, Smexov
tәkcә aparıcı artist deyildi, mәşhur “Qulaq asın” tamaşasının
ssenarisini dә o yazmışdı. Sonralar Filatovun istedadı üzә
çıxdı. Vısotski barәdә isә danışmağa dәymәz – onun şöhrәti
artıq hәr yana yayılmışdı. Bütün teatr tәdbirlәri poetik
süjetlәrlә süslәnirdi, Yevtuşenko vә Voznesenski kimi metrlәr
isә teatra istәdiklәri vaxt gәlib-gedir, Taqankanın sәhnәsindә
gen-bol tәmsil olunurdular. Peredelkino qәbiristanlığında
xeyli gәzib-dolaşdıqdan sonra dostlar yazıçıların mәşhur
Yaradıcılıq Evinә baş çәkmәyi qәrara aldılar.
Gözlәmәdiklәri halda, Serafimoviç küçәsindә gәzişәn
Valentin Katayevlә rastlaşdılar. Katayev adi, köhnә plaşday-
dı, başına kepka qoymuşdu. Korolyov onu burnundan tanıdı.
– Gәl yaxınlaşaq, – Slava tәklif etdi.
– Yaxşı çıxmaz, – Samoylov әvvәlcә boyun qaçırmağa
çalışdı.