Page 206 - "Zəfər və ilğım"
P. 206
Moskva filarmoniyası bir neçә dәfә Samoylovu konsert
vermәyә dәvәt etmişdi. Samoylovun özü dә çoxdandır ki,
bu dramatik poemanı tәk oynamaq arzusundaydı. Odur ki,
Katayevdәn Yesenin haqqında heç kәsin bilmәdiyi, sensasion
şeylәr eşidәcәyini hiss edib, hәyacanlandı.

– Valentin Petroviç, mәnә maraqlı gәldi, “uydurulmuş
Yesenin” deyәndә nәyi nәzәrdә tutursuz?

– Onu pis tanımırdım. Әvvәlcә onu tәriflәyib, göylәrә
qaldırdılar, sonra Sovet hakimiyyәti illәrindә Buxarinlә
Trotski az qala Yeseninin axırına çıxacaqdılar… Onu qada-
ğan elәmişdilәr. Bir müddәt sonra yenidәn tәriflәmәyә
başladılar. Yaraşıqlı oğlan idi, arvadbazlıqda ad çıxarmışdı,
bu yandan da Aysedora Dunkan… Hamıya elә gәlir ki, o,
özünü asıb, – Katayev çaydan bir qurtum alıb, nәfәsini dәr-
di, – bir il sonra mәhәbbәtdәn dәli-divanә olmuş Benislavska-
ya onun qәbrinin üstündә özünü güllәlәdi. Bu da sensasiyay-
dı – özünü güllәlәyәn, Baş Siyasi İdarәnin әmәkdaşı idi…
Bilirsiz, Yesenin özünü reklam elәmәyi sevirdi. Әdәbi jur-
nal yaratmaq üçün Leninqrada gedәrkәn, yolda rastlaşdığı
206 çuğullara özü barәdә, Allah bilir, nәlәr danışmışdı. Sonra
qurultay oldu – Stalinçilәrlә Trotskiçilәr bir-birini didmәyә
hazır idilәr. Niyә bu işlәrә baş qoşdu, bilmirәm. Onda hәlә
әyyaşlıq etmirdi, depressiyaya da düşmәmişdi. Özü dә Tol-
stoyun nәvәsiylә evlәnmişdi, hamı deyirdi ki: “Şahzadә,
“ağsaqqal”ın taxtına oturub”. Onun revolveri vardı, özünü
öldürmәk istәyirdisә, tapançayla öldürәrdi, daha tavana dır-
maşmaq nәyә lazım idi? Sonradan mәlum oldu ki, o, özxoşu-
na oraya dırmaşa bilmәzdi. Vaxt keçdi, zaman dәyişdi, inqi-
lab artıq az qala әks-inqilaba çevrildi, ancaq o, hәlә dә uşaq
kimi özündәn müxtәlif hekayәtlәr uydurur, qılıncının dalı
da, qabağı dә kәsәn qüdrәtli insanlara sataşırdı. Bu da nәti-
cәsi: ömrünün çiçәklәnәn vaxtında hәlak oldu. Nә qәdәr iş-
lәr görә bilәrdi, hamısı yarımçıq qaldı. Ancaq unutmayaq:
“bütün gözlәnilmәz hallarda bilmәk lazımdır ki, hәr şeyi
   201   202   203   204   205   206   207   208   209   210   211