Page 209 - "Zəfər və ilğım"
P. 209
– Әvvәlcә sizә bir şeir oxumaq istәyirәm, olar?
– Yeseninin şeiridir?
– Yox, başqa şairin şeiridir, mәncә gözәl şairdir. Olar?
– Nә “olar, olar” salmısız, әlbәttә, olar.
Katayev oturacağa yayxandı, Samoylovun üzünә zillә-
nib, diqqәt kәsildi. Viktor şeiri demәyә başladı:

Nə Tütçevin, nə də Fetin, 209
Kitabından köçürmərəm.
Nə Tütçevi, nə də Feti,
Dinləmərəm, yeri gəlsə.
Özümdən bir başqa Rubtsov
Uydurmaram heç zaman.
Belə olsa, zərrə qədər
Özümə hörmətim qalmaz.
Ancaq Tütçevin və Fetin
Səmimi sözünə inanıb,
Rubtsovun kitablarıyla
Davam edərəm söhbətə.

– Yaxşıdır, pis deyil, – Katayev gülümsündü, – sәmimi
şeirdir. Bu Rubtsov istedadlı şairdir. Onu unutmurlar, şeirlә-
ri haqqında danışırlar… Ancaq bizim söhbәtә onun nә dәxli
var?

– Yeseninә tutduğunuz iradların hamısını bu şeirdә dә
görmәk olar. Özünü reklam etmәk, tәkәbbür, iddia, hәtta
poza… Ancaq bu şeirdә bir mәqam var ki, ona göz yummaq
olmaz. Mәnә elә gәlir, öz söhbәtinizdә siz dә bu mәqamdan
yan keçә bilmәdiniz. Bu sәtri nәzәrdә tuturam: “Özümdәn
bir başqa Rubtsov, uydurmaram heç zaman…”. Daha sonra
deyir: “özümә hörmәtim qalmaz…”. Siz dahinin bir addım-
lığındaydız, onu hәr gün görürdüz… Vә o, sizdә qıcıq do-
ğururdu, elәmi? İnanmıram ki, bu, tәkcә onun әyyaşlığı ilә
bağlıdır. Mәncә, siz nәyisә gizlәdirsiz… Mәn Әdәbiyyat
   204   205   206   207   208   209   210   211   212   213   214