Page 197 - "Zəfər və ilğım"
P. 197
yan etdi. – Belәliklә, sözümü bitirirәm: bir-birinizdәn
muğayat olun, bir-birinizin qәdrini bilin. Әzizlәrim, xoş
әmәllәrlә tanının, uşaqlarınızdan yarıyın.
Aleksandr Pavloviçdәn sonra Vera Vladimirovna ayağa
qalxıb, öz növbәsindә gәnc ailәni tәbrik etdi:
– Bu gün Qәlәbә günüdür. Tarixin әn dәhşәtli müha-
ribәsindә qazandığımız qәlәbәnin ildönümüdür. Gәlin, elә
elәyәk ki, әvvәla, bu dәhşәtlәr bir daha tәkrarlanmasın.
İkincisi dә, tәklif edirәm ki, Stalinqradın müdafiәsindә,
Berlinin alınmasında fәal iştirak etmiş, bizim üçün fәdәkar-
lıqlar etmiş Aleksandr Pavloviçin şәrәfinә birlikdә bir mah-
nı oxuyaq. Mәsәlәn, bu mahnını!
Vera Vladimirovnanın gözәl sәsi varmış… Hamı xorla
onun sәsinә sәs verdi:
Çiçək açıb alma-armud ağacları, 197
Çayın uzəriylə duman sürünür,
Katyuşa sahilə çıxır qəfildən.
Sıldırımlı sərt qayalıq görünür…
Mahnının ortasında bir dәstә cavan hay-küylә otağa da-
xil oldu. Gonbul Nataşa, Kirill, Gennadi – hamısı Beqovaya
küçәsindә yaşayan mәhәllә uşaqlarıydı.
– Tanya! – Nataşa sözә başladı. – “Beqovaya” sәnin
görüşünә gәlib. Tәbrik edirik! Üç-dörd: “Öpüşsünlәr!”.
Yeni gәlәnlәrin hamısı bir ağızdan “Öpüşsünlәr!” deyә
qışqırmağa başladı. Yeni evlәnәnlәr öpüşdülәr. Alqış sәdala-
rı otağı başına götürdü.
– Vera Vladimirovna, bu da bizdәn!
Gecikmiş qonaqlar özlәriylә gәtirdiyi araq şüşәlәrini,
çiçәk dәstәsini vә böyük tortu stolun üstünә qoydular.
– Viktor, – Nataşa sözünә davam etdi, – bizә verdiyin
teatr biletlәrinә görә sağ ol. Taqankada “On gün” tamaşasına
baxdıq. Әla tamaşaydı, elәdir, uşaqlar?