Page 193 - "Zəfər və ilğım"
P. 193
– Çәrәnlәmә, Lüsya, lap dözülmәz olmusan. Gedәk,
başqalarının xoşbәxtliyinә sevinәk. Volodya içib sәrxoş ol-
masa yaxşıdır. Son vaxtlar içmir, Xlopuşa rolunu da yaxşı
oynadı, afәrin.

– Mәnim Alyoşkam da içmir, amma dostlarıyla içmәyә
oturanda bir çәllәk araq onlara bәs elәmir. Rusiya şimal
ölkәsidir, Alisa, insanların kaloriyә ehtiyacı var.

Nәhayәt, Samoylov gәlib çıxdı vә tәntәnәli şәkildә kurs
yoldaşlarının hәrәsinә bir gül dәstәsi bağışladı. Geriyә qayı-
danda Lüsya Viktorun qoluna girib, heç nә olmamış kimi,
danışmağa başladı:

Nasonıç deyir ki, Kerenski rolunu әla oynamısan. Guya
Lübimov sәni ayrıca tәbrik elәyib.

– Şişirdirlәr. Sadәcә proqramın kәnarında yazmışdı ki:

193

V.Kaçan, B.Qalkin, L.Filatov

“Samoylov, Kerenski kimi çox yaşa, çünki Baş nazirin iş
üslubunu yaxşı mәnimsәmisәn! Sәnә zülm edәn Lübimov”.

İçib sәrxoş olmuş Boriska qәfildәn onların yoluna çıxdı
vә tәlaş içindә xәbәr verdi:

– Hәr şey mәhv oldu! Gәlin itib! Tanyanı oğurlayıblar.
Gәlin yoxa çıxıb – O, bic-bic gülümsünәrәk, әlavә etdi: –
demәli, belә, Vitya, ya özün axtar tap, ya da cәrimәsini ödә,
onu sәnә qaytaraq.
   188   189   190   191   192   193   194   195   196   197   198