Page 190 - "Zəfər və ilğım"
P. 190
gәlir. Bәyin kurs yoldaşları: Alisa Çernova, Vladimir Naso-
nov, Lüsya Jivotova vә Tatyananın qohumları sonda addım-
layırlar. Hamı bir-biriylә söhbәtlәşir, zarafatlaşır…
Musiqi sәslәri kәsildi. Nikahı qeydә alan mәmur evlә-
nәnlәrin soyadını elan etdi:
– Bu gün Tatyana Krotkaya vә Viktor Samoylov nikaha
girirlәr, – sonra әsas sualı sәslәndirdi, – nikah bağamaq sә-
mimi istәyinizdir?
Hәr ikisi “hә” cavabı verdikdәn sonra mәmur bәyan
etdi:
– Tәrәflәrin razılığı ilә nikah qeydә alınır.
Tatyanayla Viktor nikah sәnәdini imzaladılar vә alqış
sәdaları altında öpüşdülәr. Mәmur onları әr-arvad elan etdi.
Toplaşanlara şampan şәrabı süzüldü. Hәr tәrәfdәn Tatyana-
nı vә Viktoru tәbrik etmәyә başladılar.
Çıxışda bәylә gәlin yaxın dostları ilә “Çayka”ya әylәşdilәr.
Yerdә qalanlar kiçikölçülü “RAF-976” markalı avtobusa
doluşdu. Maşınlar “Matveyevskaya” stansiyasına doğru
istiqamәt götürdü. Samoylovla Tanyadan savayı “Şukin
190 mәktәbinin digәr mәzunları: Kaçançik, Boriska, Filatıç da
“Çayka”ya minmişdilәr. Elә maşındaca şampan şüşәsi
açdılar. Samoylovun dostu Boriska sağlıq dedi:
– Viktor, Tanya, sizi ürәkdәn tәbrik edirik! Hәr şey yaxşı
keçdi! Sizә qibtә edirәm. Sizә baxanda mәnim dә evlәnmәyim
gәlir. Sizin sağlığınıza, xoşbәxt olun!
– Volodya, – Boriska şәn sәslә tәklif verdi, – gör nә
gözәl havadır, kefimiz dә yerindә, bәlkә, oxuyasan…
– Elә isә trubadura şәrab süzün, boğazını yaşlasın, –
Kaçançik gitaranı futlyardan çıxarıb, oxumağa başladı:
Pəncərə önündə dayanmışam,
Tabloya baxıram elə bil.
Sanki əllə işləmisən bu mənzərəni,
Nə gözəl mənzərədir, ilahi.