Page 186 - "Zəfər və ilğım"
P. 186
“Canlı” tamaşası, V.Zolotuxin – Fyodor Kuzkin, 1989-cu il

nәdәn başı çıxmayan sarsaqlar toplaşmayıb, Yuri Petroviç.
Tamaşa tamamilә antisovet әhvali-ruhiyyәyә köklәnib. Odur
ki, bu tamaşanı heç nә xilas etmәyәcәk.
186 – Yekaterina Alekseyevna, axı tamaşanın mәtni artıq
dәrc olunub, – Lübimov çәkinә-çәkinә etiraz etdi, – özü dә
“Novıy mir” jurnalında!

Furtseva gülә-gülә çevrilib, Mojayevә baxdı:
– Mojayev, elә bilirsiz, “Novıy mir”dә çap olunmusunuzsa,
bundan sonra işlәriniz yağ kimi gedәcәk? Yox, Mojayev,
belә olmayacaq! Әylәşin!
– Әylәşmәk istәmirәm! – Mojayev çığırdı. – Mәn getdim! –
o, az qala әsgәr addımlarıyla zalı tәrk etdi.
Ortaya ağır sükut çökdü. Sükutu Lübimovun qeyzli sәsi
pozdu:
– Yәni, sizin “Oktyabr”ın faydası daha çoxdur?
Sәhnә arxasındakı aktyorlar әmәlli-başlı tәşvişә düşdülәr.
“Şef, niyә belә elәyirsәn?” – onlar istәr-istәmәz fikirlәşirdi.
   181   182   183   184   185   186   187   188   189   190   191