Page 187 - "Zəfər və ilğım"
P. 187
İ-nin Mədəniyyət naziri Y.Furtseva

Kumir sonradan dediklәrinә aydınlıq gәtirdi. Bildirdi ki, 187
Böyük Oktyabr inqilabını deyil, Vs.Koçetkovun rәhbәrlik
etdiyi “Oktyabr” jurnalını nәzәrdә tutur. Ancaq artıq gec
idi. Onun bu replikasını eşidincә, naziri od götürdü:

– Demәli, siz belә fikirlәşirsiz, hә? “Novıy mir” jurnalını
tozağacının budağına asmaqla, fikirlәşirsiz ki, hәr şey
dәyişәcәk? Yeni dünya yaranacaq? Sizә yeni dünya lazım-
dır? Bizim “Oktyabr”dan bezmisiz? Mәn MK-ya şikayәt
edәcәyәm! Leonid İliç Brejnevә deyәcәyәm! Bu teatrı
bağlamaq lazımdır! Burada Sovet hakimiyyәti yoxdur! Elә
bu saat Leonid İliçin yanına gedib, burada baş verәnlәri ona
danışacağam.

Nazirin kürkü çiynindәn düşmüşdü, ancaq bunun fәrqin-
dә deyildi – o, iti addımlarla çıxışa doğru yönәldi vә qapını
çırpıb, zalı tәrk etdi. Sonra onunla gәlәnlәrdәn biri qaça-
qaça gәlib kürkü götürdü, sanki nazirin bәdәninin әsas
hissәsi bu kürkün içindәydi.
   182   183   184   185   186   187   188   189   190   191   192