Page 183 - "Zəfər və ilğım"
P. 183
– Utanmıram, – Ramzes heç bir tәlaş keçirmәdәn cavab 183
verdi.

Qadın gözlәrilә Lübimovu axtarıb tapdı vә qәzәblә qış-
qırdı:

– Görürәm, burada sizi pis öyrәdiblәr! Hamısını qovmaq
lazımdır!

Elә bu vaxt Voznesenski “sәngәr”dәn baş qaldırdı vә
icazәsiz-filansız nitq irad etmәyә başladı. Dedi ki, yaxın
keçmişimizi satirik planda tәsvir etmәyә Lübimovun bir
sәnәtkar kimi haqqı çatır...

– Әylәşin, Voznesenski! Sizin mövqeyinizi bilirik. Ümu-
miyyәtlә, sizin burada nә işiniz var? Bu havadarı buraya
kim buraxıb? Hәr şey aydındır! Yaxşı curlaşmısız. Xaricilәrin
ölkәdә sәyahәt etmәsinә ehtiyac yoxdur, elә bura gәlsәlәr
kifayәtdir. Moskvanın mәrkәzindә elә şeylәrlә rastlaşırsan
ki, bunu xarici radioların efirindәn belә eşitmәk mümkün
deyil. Xarici müxbirlәrin işi asandır – bu tamaşanı görsәlәr,
ölkәnin başından girib, ayağından çıxmağa ehtiyac qalmır!
İkinci pәrdә deyirdiz! İkinci pәrdә heç nәyi dәyişmәdi, hәr
şey necә vardısa, elә dә qaldı. Belә şeylәri özünüzә necә
rәva görürsüz? Sovet hakimiyyәti sizә neylәyib? Hamınız
onu tәpiklәmәk istәyirsiz! Baxın ha, özünüzü oda atırsız!

Bu vaxt zalın mәrkәzindә yaraşıqlı, sığallı bir gәnc ayağa
qalxdı.

– Yekaterina Alekseyevna, açıq deyә bilәrәm? Sәmimi
olmağa çalışacağam…

– Buyurun, gәncliyin dә sәsini eşidәk, yoxsa burada hәr
şeyi tәkbaşına hәll etmәli oluram.

– Düz deyirsiz, Yekaterina Aleykseyevna. Bu tamaşa
Sovet hakimiyyәtinin düz ürәyini, kәndlilәrlә hәmrәyliyimizi
nişan alır. Әgәr kәndlәrimizdә tәhkimçilik hüququ hökm
sürürsә, sual olunur, biz necә dövlәt qurmuşuq? Әgәr bizim
raykomumuz bu gündәdirsә, kosmosu necә fәth etmişik, mü-
haribәdә necә qәlәbә qazanmışıq?.. Qoy Çarli Çaplin kimi
   178   179   180   181   182   183   184   185   186   187   188