Page 171 - "Zəfər və ilğım"
P. 171
– İndi neylәyәk, Viktor? O, bizim yeganә övladımızdır, 171
onu hәr vәchlә qorumağa, qeydinә qalmağa çalışırdıq, amma
siz hardansa peyda olduz vә… bu da nәticә! – Vera Vladimi-
rovna әliylә Tatyananın olduğu otağa işarә elәdi vә birdәn-
birә hıçqırıb ağlamağa başladı. O, göz yaşlarını belә silmirdi,
sadәcә üzünü qaçış zolağına açılan pәncәrәyә tutub, gözünü
oradan çәkmirdi.
Viktor gördü ki, artıq susmağın yeri deyil, әlinin işarәsiylә
onları sakitlәşdirib otağa keçdi vә bir azdan geyimli-gecimli
mәtbәxә qayıtdı. Vera Vladimirovna cәld dәhlizә keçib, çә-
kәlәk götürdü vә gәtirib Viktorun önünә qoydu. Onun bu hәrә-
kәtindәn Samoylov riqqәtә gәldi. O, dәrdli qadına yaxınlaşdı
vә onu qucaqlayıb, birdәn-birә dil-dil ötmәyә başladı.
– Narahat olmayın, görürsüz necә mışıl-mışıl yatır?
Әzizlәrim, yuxudan ayılanda özündәn soruşarsız. O
istәmәsәydi mәn burada gecәlәyә bilmәzdim. Dünәn mәnә
dedi ki, çox xoşbәxtdir. Bәlkә, bizim xoşbәxtliyimiz elә bu-
radan başlayır – iki gün tanışlıq vә… nikah. Axı indiki
zәmanәdә şәrt deyil ki, ev tikәsәn, ağac әkәsәn vә yalnız
bundan sonra evlәnәsәn.
– O, hәlә mәktәbi bitirmәyib, sizsә evlәnmәkdәn dәm
vurursuz, – Vera Vladimirovna mızıldandı.
– Necә yәni bitirmәyib, bәs mәnә deyirdi ki, işlәyir, –
Samoylov tәәccüblәndi.
– Elәdir, işlәyir, amma hәlә axşam mәktәbinin onuncu
sinfindә oxuyur, – Boris İvanoviç onun sözlәrini könülsüz
tәsdiqlәdi.
– Bu necә ola bilәr, ana MK-dandır, axşam mәktәbindә
oxuyan qızı isә 18 yaşında işlәyir?
– O, sizә deyib ki, mәn MK-da işlәyirәm?
– Hә, komsomolun MK-sında. Nәdi, yalan deyib, özün-
dәn toqquşdurub?.. Mәnә dedi ki, siz Şelepinlә tanışsız.
– Yox, düz deyir. Mәn doğrudan da, Aleksandr Nikola-
yeviçlә tanışam. Ancaq DTK-nın sәdri Semiçastnı ilә daha
yaxından tanışam. Onun bağ evindә tez-tez oluram.