Page 174 - "Zəfər və ilğım"
P. 174
– Kostyumerlәr Vısotskinin geyimini vermәdi, – Qlaqolin
dedi, – Qubenkonun geyimini isә Samoylov götürüb.

– Yaxşı, nә hazırlamısız?
– Hamı Kerenskinin ilk çıxışını vә pantomimçilәrin
çiynindә monoloq sәhnәsini hazırlayıb.
– Başlayın! Kimdәn başlayaq?
Artist Fomenko hamıdan öndә dayanmışdı.
– Yuri Petroviç, pantomimçilәr gәlmәyib, bilmirәm
neylәyim… – Fomenko şikayәtlәndi.
– Belә dә oynaya bilәrsiniz… Eşidirәm… – rejissor ko-
manda verdi.
Baxışa start verildi. “Dünyanı sarsıdan on gün” tamaşa-
sında baş rolu oynamağa iddia edәn aktyorlar bir-birinin ar-
dınca Rusiyanın Baş naziri Kerenskinin nitqini sәslәndirmә-
yә başladılar. Nәhayәt, növbә Samoylova çatdı. Elә bu
vaxt, nә qәdәr tәәccüblü dә olsa, teatrda bir pantomimçi
peyda oldu. O, qıvraq hәrәkәtlә Samoylovu çiyninә aldı vә
Viktor heç bir sәhv buraxmadan öz parçasını oynayıb
qurtardı. Zaldan alqış sәslәri eşidildi.
174 – Nә demәk olar? Pis deyil, Samoylov. Afәrin! – Kumir
oturduğu yerdәn sәslәndi. Görurәm, klakörlәr1 dә hazırlamı-
san. Sәni alqışlayan kimdir, Nasonovdur? – O, arxaya çev-
rilib, qaranlıqda oturmuş Nasonovu gördü. – Hә dә, dostu-
muz öz yerindәdir, – yaxşı! O şpaqat açmaq sәhnәsi var e,
onu oynaya bilәrsәn?
– Necә şpaqat açmağımı istәyirsiz: eninә, köndәlәninә,
uzununa?..
Lübimov başını sol çiyninә doğru әydi – bu, onun cana
doyduğuna işarәydi. O, bir qәdәr fasilә verib, öz-özünә
düşündü: “Yaxşı artistsәn, Samoylov, amma sırtığın
yekәsisәn!”
– Tamaşada Kolya necә elәyir? Bax, elә…

1 Klakörlər – əvvəldən hazırlanmış alqışçılar dəstəsi
   169   170   171   172   173   174   175   176   177   178   179