Page 170 - "Zəfər və ilğım"
P. 170
– Bunu necә başa düşәk, Viktor? – Tatyananın atası iki
әliylә qayışın möhkәmliyini yoxlayaraq, doluxsunmuş sәslә
soruşdu. (Görәsәn, gәnclәrin birdәn-birә mәsuliyyәtli
davranmasını şәrtlәndirәn nәdir?) Viktor barmağını dodaq-
larına tutub, işarә etdi ki, Tatyananı oyatmaq lazım deyil,
sonra cәld çarpayıdan yerә atıldı vә dolabın üstündәn pal-
tarını götürüb mәtbәxә keçdi. Tatyananın anası Vera Vladi-
mirovna da buradaydı, әynindә Zoluşka kimi sadә paltar

170

Taqanka Teatrının baş rejissoru David Borovski, 1988-ci il
vardı. Vera Vladimirovna yarıçılpaq Samoylovu görüncә,
utandığından üzünü pәncәrәyә doğru çevirdi vә yalnız
Viktor yalın ayaqlarını mәtbәx stolunun altında gizlәdәndәn
sonra әvvәlki vәziyyәtini aldı.

– Viktor, – kefi pozulmuş qadın kәdәrli sәslә sözә başla-
dı, – işә getmәliydim, paltarımızı dәyişmәk üçün bura gәl-
dik… Gәlib nә görürәm? Dәhşәt… Tanışlığınızın ikinci gü-
nündә yatağa girmisiz.

Boris İvanoviç stol arxasına keçib, әlini üzünә qoydu vә
sakitcә arvadının sözlәrini dinlәmәyә başladı.
   165   166   167   168   169   170   171   172   173   174   175