Page 166 - "Zəfər və ilğım"
P. 166
“Hәyat nöqtә qoyur, mәnsә

vergül, vergül…”

Erdmanı da arvadıyla birgә taksiylә yola salandan sonra,
axıra әn dözümlülәr qaldı. Rәssam David Borovski, partiya
tәşkilatının katibi Boris Qlaqolin vә yazıçı Boris Mojayev
Kumirlә birgә hәlә dә “Puqaçov” tamaşasının premyerasını
bayram edirdilәr.

“Sonuncu” badәni artıq neçә dәfә içmişdilәr. Hәr dәfә
dә yenidәn araq süzmәk üçün bәhanә tapılırdı – bir-birindәn
ayrılmaq istәmirdilәr.

– Qulaq asın, dostlar, necә bilirsiz, bәlkә, “Canlı”
tamaşasının maketini bizim Kuzkinә göstәrәk? David, buna
hazırsan?

– Necә yәni, o böyüklükdә zırıltını bura gәtirәk?
– Niyә ki? Stәkanlarımızı da, bu sonuncu araq şüşәsini
dә götürәk, gedәk sәnin otağına. Qoy Mojayev maketi gör-
166 sün, qiymәt versin. Borya, maketi görmәk istәyirsәn?
Mojayev sәrxoş olduğunu, belә şeylәrdәn başı çıxmadığını
deyib, boyun qaçırmaq istәdi, ancaq teatrallar inciyә bilәrdi,
odur ki, istәr-istәmәz cavab verdi:
– Yaxşı, amma mütlәq araq götürün. Әgәr maket Vasilyevin
“Puqaçov”unun tәrtibatından pis olsa, huşumu itirәnәcәn
içәcәyәm.
– Bax, bunu elәmәk lazım deyil, Boris Andreyeviç.
Ümumiyyәtlә, bugünlük bәsdir. Maketә ayıq başla baxsaq
yaxşıdır.
– Aha, partkom artıq depressiyadadır, – Lübimov etiraz
sәsini ucaltdı, – Boris Alekseyeviç, özün dә bilirsәn ki,
sәnin nüfuzunu yuxuyla bәrpa etmәk mümkün deyil. Mo-
jayevin qәhrәmanı Kuzkin kimi fikirlәşmәk lazımdır: “Hәyat
nöqtә qoyur, mәnsә vergül, vergül…”
   161   162   163   164   165   166   167   168   169   170   171