Page 161 - "Zəfər və ilğım"
P. 161
– Yaxşı, qonağımız olun, hәr şeyimiz var, pivәmiz dә 161
var.
Tatyana sual dolu baxışlarla Viktorun üzünә baxıb, çәki-
nә-çәkinә soruşdu:
– Gәlmәk istәyirsәn? Hamısı bizim mәhәllәnin uşaqları-
dı. Qorxma, dava-dalaş olmayacaq.
– Yaxşı, amma taksini buraxmaq lazımdır. Siz keçin evә,
mәn indi gәlirәm. – Samoylov aşağı enib, taksi sürücüsü ilә
hesablaşdı.
– Demişdim axı, – taksi sürücüsü onun arxasınca donqul-
dandı, – gecәnin qaranlığında mazaqlaşmaq üçün yaxşı für-
sәtdir.
Samoylov ikrahla gülümsündü vә liftin boş olmadığını
görüb, yeddinci mәrtәbәyә ayaqla qalxdı. Qonşuların açıq
saxladığı qapıdan içәri girәndә, onu hay-küylә qarşıladılar.
“Xilaskar, Xilaskar” nidalarını eşidәn Viktor başa düşdü ki,
Tanya artıq tanışlıqlarının tarixçәsini onlara danışıb. Qonaqla-
rın әylәşdiyi otaqda siqaret tüstüsündәn göz-gözü görmür-
dü, palıddan düzәldilmiş uzun stolun üstündә boşalmış
araq, çaxır şüşәlәri gözә dәyirdi, bu mәnzәrәylә uyuşmayan
iki üçlitrlik pivә bankası da qoyulmuşdu. Ancaq bu hәrc-
mәrclik heç kimin eyninә deyildi: kimi özünә araq süzür,
kimi dә pәncәrәnin önündә dayanıb, siqaret çәkirdi. Hamı
kefikök, sәrxoş idi. Otaqda on nәfәrә yaxın adam vardı,
onların da yarısı 18-20 yaşlı oğlan vә qızlar idi. Stolun al-
tından bir şüşә şәrab çıxarıb, onu “cәrimә”lәdilәr. Ortaboylu,
möhkәm bәdәnli bir oğlan yaxınlaşıb, xüsusi bir әdayla ona
әl uzatdı:
– Bizim Tankaya görә sağ ol. Afәrin! Bәs mәnimlә qol
gülәşdirә bilәrsәn? Mәn burada hamının әlinin arxasını ye-
rә vurmuşam.
Viktor әvvәlcә onun nә demәk istәdiyini başa düşmәdi.
Ancaq oğlan qolunu büküb, әzәlәlәrini oynatmağa başlayan-
da söhbәtin nәdәn getdiyini bildi.