Page 159 - "Zəfər və ilğım"
P. 159
Süfrә arxasına qayıdan Samoylov qәhvә vә piroq sifariş 159
verdi. Artıq ikilikdә sәrbәst söhbәt elәyә bilәrdilәr.

– İşә bax, kimә desәm inanmaz. Vısotski ilә tanış oldum.
Samoylovla qәhvә içdim. Dәvәt etdiyin üçün minnәtdaram,
Viktor. Atamla anam çox xoşbәxt görünürdülәr.

– Çox yaxşı valideynlәrin var. Ananın heç әvәzi yoxdur:
sakit, başıaşağı, gözәl qadındır. O, harda işlәyir?

– Anam? O, bu barәdә danışmağı sevmir, amma o…
MK-da işlәyir.

– MK-da? İşә bax! Әladır ki! Axır ki, MK-da mәnim dә
adamım olacaq.

– Hә, artıq MK-da sәnin dә adamın var, amma nәzәrә al
ki, bu, komsomolun MK-sıdır.

– Nә olsun, komsomol – kadrlar yetişdirmәklә mәşğul-
dur. Bizdә gәnclәrin yolu açıqdır. Gәl, öz sağlığımıza içәk,
Tatyana, bizim cavan vә xoşbәxt adamların, – o, arağı başı-
na çәkib, qәhvәdәn bir qurtum aldı.

– Ancaq anamın böyük MK-da da adamları var, – Tatyana
intriqanı davam etdirdi, – Aleksandr Nikolayeviç anamın
xәtrini çox istәyir.

Samoylovun sifәti ciddilәşdi, әtrafına boylanıb soruşdu:
– Aleksandr Nikolayeviç kimdir?
Tatyana ona sarı әyilib, sirr açırmış kimi pıçıldadı:
– Şelepin.
– Başa düşdüm. Әcәb gün keçirdik: premyera, güllәr…
Bir vaxtlar Taqanka Teatrında Lenin nitq söylәyib. Sәn
demә, haçansa Yaqoda vә Beriya indi oturduğumuz restoranda
tez-tez şam edirmişlәr… Sonra biri o birini hәbs edib.
Üstәlik, bu gün mәlum oldu ki, Şelepin Tanyanın anasını
tanıyır, – Viktor köks ötürüb, xısın-xısın güldü. – Bu restoran
zaman seli kimidir. Heyif ki, burada “qızardılmış döş әti”
vermirlәr.
Musiqi sәslәndi. Hay-küylü müştәrilәrdәn kiminsә xahi-
şiylә müğәnni oxumağa başladı. Bir neçә cütlük ortalığa
   154   155   156   157   158   159   160   161   162   163   164