Page 154 - "Zəfər və ilğım"
P. 154
– Viktor, – artıq içib keflәnmiş Boris İvanoviç az qala
qışqırırdı, – arvadımla mәn dözmәdik, gözәl tamaşanın
şәrәfinә içdik. Elә deyil, Veroçka?

Arvadı başını yellәyib, utana-utana gülümsündü. Onun
xoş siması, nurlu üzü hәmişәlik Samoylovun yaddaşına
hәkk olundu.

– Bizi Yeseninin tamaşasına dәvәt etdiyin üçün çox sağ
ol, – Boris İvanoviç davam etdi, – tamaşanın sonunda mәni
ağlamaq tutdu. Deyәsәn, qızım da ağladı.

Boris İvanoviç, Samoylov üçün hazır qoyduğu qәdәhә
araq süzdü: “Bunu da içәk sәnin sağlığına!”. O, әyilib, Sa-
moylovun qulağına pıçıldadı: “Ümumi fikrimiz belәdir ki,
sәn hamıdan yaxşı oynadın. Әlbәttә, Vısotski, Puqaçovun
özü… Puqaçov rolunu ifa elәyәn artistin adı nәydi, yadımdan
çıxdı…”

– Qubenko, – Samoylov kömәyә gәldi, – teatrın aparıcı
artistidir. Bizim teatrın kişi truppası Malıy Teatrın truppasın-
dan geri qalmır, Boris İvanoviç.

– Sizdә İlyinski vә Baboçkina kimi aktyorlar yoxdu axı.
154 – Әvәzindә Zolotuxin, Smexov, Filatov, Bortnik, Xmel-

nitski, Vasilyev kimi sәnәtkarlar var. Görәcәksiz, vaxt
gәlәcәk, onlar da pyedestala yüksәlәcәk.

– Bәs qadınlardan kim var? – Vera Vladimirovna soruşdu.
– Slavina vә Demidova. Bunlar Paşennaya vә Savina sә-
viyyәsindә olan artistlәrdir.
– Qubenkonun oyununa söz yoxdur! – Boris İvanoviç
sözünә davam etdi. – Ancaq sәn, Vitya, ayrı alәmsәn! İnan
mәnә. Mәn akademik mәktәb keçmiş adamam. Saryovla
hәr gün görüşürәm. Qandallarla nә oyun çıxarırdın – iki
göz istәyirdi tamaşa elәsin. Adama elә gәlirdi ki, indicә
qandalı qıracaqsan. Boy-buxunun da öz yerindә, heç kimlә
müqayisә elәmәk olmur. Atlet! Qoy bir sağlıq deyim: sәnin
sağlığına, Viktor, qızımızın xilaskarının şәrәfinә! Nә deyir-
siz, qızlar, razısız?
   149   150   151   152   153   154   155   156   157   158   159