Page 149 - "Zəfər və ilğım"
P. 149
– Erdmanla bağlı problem yoxdur, onlar mәnim yanım- 149
da әylәşәr. Belәliklә, aktyorlar, hazır olun. Biz tamaşanın
necә reaksiya doğuracağını dәqiq bilmirik, odur ki, axırını
gözlәyin. Nә bilmәk olar, bәlkә, tamaşaçı sizi alqışlamaq
istәdi… İkincisi, buxovlara fikir verin, qoy zәncirlәr sallan-
masın. Belә daha tәsirli alınır. Kolya, Xlopuşa monoloq
söylәyәrkәn Vısotski tәrәfә cumma. Әksinә, yerindә düz
otur, taxtda otururmuş kimi. Sәn – çarsan, bunlar isә –
rәiyyәt. Bu allüziyanı tamaşa boyu qoruyub saxlamaq
lazımdır. Hamı әlindәn gәlәni etmәlidir. İndi isә, әsas mәsәlә
barәdә. Sizә demişәm, bir dә deyirәm, şeir deyәrkәn
tәlәsmәyin, tәlәffüzünüzә fikir verin. Hәr şeydәn әvvәl bu,
böyük poeziyadır. Bәlkә dә, Sergey Aleksandroviçin şah
әsәridir. Zalda çoxlu qonaqlar olacaq. Yeseninin bacıları da
buradadır – elә elәyin ki, öz qardaşları ilә fәxr elәyә bilsin-
lәr. Şeir tәbiәt haqqında olsa belә, bunu sәnә deyirәm,
Samoylov, tәmkinli ol! Yaxşı oynayırsan, amma tәlәsmә.
Şeirlәrdә bir ümid qığılcımı, tәvәkkül işartısı olmalıdır.
Tempi aşağı salmayın, temp düşsә, sizә işarә verәcәyәm.
Şәrti siqnal belәdir: tempi qaldırmaq – qırmızı rәng. Mәn
hәlә әl işarәsiylә tremolo1 da tәlәb edәcәyәm. Bax belә. –
Lübimov әlilә işarә verdi.

Tamaşa iştirakçılarından bәzilәri gülümsәdi, bәzilәri isә
özünü saxlaya bilmәyib bәrkdәn güldü.

– Yaxşı, Allah kömәyiniz olsun! Qalina Nikolayevna,
Zoya! Hacıoğlu hanı? Rejissor kömәkçisi, hardasan?

Toplaşanların içәrisindәn dolubәdәnli, әtli-qanlı bir qadın
irәli çıxdı.

– Mәn burdayam, Yuri Petroviç!
– Zoya, yeni gizlәnmәk üsulu öyrәnmisәn? Maşallah,
belә cüssәli qadınsan, amma adamların içindә әriyib yox
olursan. Әzizim, üçüncü zәngi sәslәndir. Mәn getdim – ora-
da it yiyәsini tanımır!

1Tremolo – bir vә ya bir neçә sәsin sürәtlә tәkrarlanması
   144   145   146   147   148   149   150   151   152   153   154