Page 147 - "Zəfər və ilğım"
P. 147
– Orada kimi oynayacağam? 147
– Yaxşı roldur. Raykom katibi rolunu.
– Mәtn hazırdı?
– Hazırdır. Üç yaxşı replikan var.
– Başa düşdüm, sağ olun. Sabah saat 17.00-da ordayam.
Samoylov mәtbәxә qayıdıb, cәsarәtlә bәyan etdi:
– Bu gün bayram edirik, eşidirsәn?
– Nәyi bayram edirsәn, yenә cecә arağı içәcәksәn?
– Yox, nә danışırsan? Sabah “Puqaçov” tamaşası göstә-
rilәcәk. Sizi tamaşaya dәvәt edirәm.
– Kimi?
– Hamınızı!
– Valideynlәrimi dә?
– Valideynlәrini dә. Düzdür, bilet yoxdur, teatra kontr-
markalarla keçәrsiz.
– Atam Malıy Teatra dәvәt edәndә, әn yaxşı yerlәrә bilet
alır.
– Yeri gәlmişkәn, atan niyә hәbs olunmuşdu?
– Binokla görә: binoklla Stalinә baxırmış.
– Nә? Bunu necә elәyirmiş?
– Çox sadә: mәn hәlә uşaq olanda, hәyәtimizdә başqa
bir göyәrçin damı vardı. İndi yalnız onun ölçülәrini xatır-
layıram, – Tanya qollarını açıb, göyәrçin damının ölçülәrini
tәsvir etdi, – hәmin göyәrçin damından Stalinin Kutsevada-
kı bağ evi, Volın xәstәxanası ovcunun içindәymiş kimi gö-
rünür. Atam da göyәrçin damında oturub, o yerlәrә baxırmış.
Xüsusi xidmәt onun yerini aşkarlayıb hәbs etdi, göyәrçin
damını isә dağıtdı.
– Yәqin, elә biliblәr ki, snayperdir.
– Әvvәlcә elә bilmişdilәr, sonra ittiham maddәsini
dәyişdirdilәr, atama sәkkiz il iş verdilәr. Beş ilini çәkәndәn
sonra, 1956-cı ildә buraxdılar.
– O, yenidәn göyәrçin damı tikdi?
– Hә.
   142   143   144   145   146   147   148   149   150   151   152