Page 145 - "Zəfər və ilğım"
P. 145
lıdakı hәyәtyanı sahәdә göyәrçin damı gözә dәyirdi. 145
Diqqәt yetirib orada göyәrçin-filan olmadığını gördü. Boyun
fәqәrәlәrini övkәlәyә-övkәlәyә dikәlib, yataqda oturdu.
Divarın o üzündәn sәs-sәmir gәlmirdi. “Yәqin Tatyana hәlә
yatır – öz-özünә fikirlәşdi, – dünәn çox qorxmuşdu, qoy
yatıb, dincini alsın”. O, şalvarını әyninә çәkib, mәtbәxә sa-
rı yollandı. Dәhlizin o başında yerlәşәn kiçik tualetә getmәk
üçün mәtbәxdәn keçmәliydi.
Viktor mәtbәxdә sәliqәylә geyinmiş Tatyananı görәndә
tәәccüblәndi. Sәhәr yemәyinin vә tәzәcә dәmlәnmiş qәhvәnin
xoş qoxusu mәtbәxi başına götürmüşdü.
– Salam. Sәn yatmamısan, nәdi? Yoxsa bu, sürprizdi?
– Hәr ikisi.
– Bu qәhvәni hardan almısan?
– Malıy Teatrdan.
– Nә? Malıy Teatrdan?
– Teatrın bufetindәki qәhvә aparatı sınmışdı, atam pulla
alıb, tәmir elәyib, indi evdә xalis qәhvә içirik.
– Atan Malıy Teatrın aktyorudu?
– Yox, Malıy Teatrın sәhnә işıqçısıdı.
– Necә, necә? Atan teatr sәhnәsindә işlәyir?
– Hә, hәbsxanadan sonra onu yalnız teatrda işә götürdülәr.
– Hәbsxanada nә işi vardı?
– Otururdu.
– Onu bildik, onu nәyә görә hәbs etmişdilәr?
– Bax, ona görә, – qız pәncәrәyә yaxınlaşıb, göyәrçin
damını göstәrdi.
– Göyәrçinlәrә görә?
– Yox, binokla görә.
– Bağışla, qoy köynәyimi geyim, ayaqyoluna dәyim,
sonra hamısını mәnә danışarsan.
O, qayıdıb, süfrә arxasına әylәşәndә, Tatyana onun
qarşısına qırmızı balıqla buterbrod vә bir fincan qәhvә
qoydu.