Page 141 - "Zəfər və ilğım"
P. 141
Qız içәri adlayıb, mәtbәxin işığını yandırdı. Sonra otağa
baxıb, bir qәdәr sonra qayıtdı:

– Gәlmәyiblәr. Әylәşin, çay içәk. Әlbәttә, tünd içki dә
içmәk olardı… Mәn cecә arağını xoşlamıram, amma stresini-
zi götürmәk üçün sizә tәklif elәyә bilәrәm.

– “Stres” deyәndә nәyi nәzәrdә tutursuz: gözәl xanımı
xilas etmәyimi?

– Nәdi, heç qorxmadız?
– Hә, qorxmazlıq mәnim qanımdadır. Atam Stalinqradı
müdafiә edib, özü dә anam elә sәngәrdә hamilә qalıb.
– Belә de! Lovğa oğlan, adınız nәdi?
– Viktor.
– Demәli belә, Viktor, çaydanı qazın üstünә qoyun, soyu-
ducunu açın, buterbrod hazırlayın, mәn dә gedim zirzәmidәn
cecә arağı gәtirim.

İntermediyaların sonu

Gecәdәn keçmiş Nikolay Erdmanın mәnzilindә telefon 141
zәng çaldı. Yataq otağından yazıçının arvadı – mәşhur bale-
rinanın sәsi eşidildi:

– Nikolaşa, dәstәyi götür, mәn yataqdayam.
Erdman yazı stolunun arxasından qalxıb, dәhlizә sarı
getdi. Buradakı qara telefonun ağır dәstәyini götürdü. Yuri
Lübimov idi:
– Nikolay Robertoviç, mәnәm – Lübimov. Bayaqdan
zәng elәyirәm, dәstәyi götürәn yoxdur.
– Yura, elә indicә gәlmişik, Seryoja Yutkeviç qonaq
çağırmışdı. Yeri gәlmişkәn, sәnә salam dedi. Ona “Puqaçov”,
o mәnasız müzakirә haqqında danışdım. Onları necә itәlәyib,
çölә çıxardığını da danışdım ona.
– Elә mәn dә ona görә zәng elәyirәm. İdarә rәisi gündüz
mәnә zәng elәmişdi, tamaşanın nümayişinә icazә verir, am-
ma…
   136   137   138   139   140   141   142   143   144   145   146