Page 146 - "Zəfər və ilğım"
P. 146
– Bunların hamısı Malıy Teatrdandı?
– Hә, atam bizi lәziz yemәklәrsiz qoymur. Bir banka
balıq kürüsı dә var, istәyirsәn?
– Yox-yox, balıq kürüsünü uşaqlıqdan sevmirәm. Demәli,
atan babat qazanır. Dünәn yadımdan çıxdı soruşam, sәn
atanın yeganә övladısan?
– Dünәn dedim dә: evin tәk uşağıyam. Dünәn cecә arağı
sәni birtәhәr elәmişdi, yerindәn qalxa bilmirdin. Sәni yatağa
mәn apardım, yerinә uzanan kimi yuxuya getdin.
– Mәni necә apardın, qucağına almışdın?
– Yox, bax belә!
– Demәk, belinә almısan? – Viktor gülümsәdi.
– Elәdir.
– Dedin ki, atanı binokla görә hәbs elәyiblәr? Niyә? Bir
dәqiqә! Evinizdә telefon var?
– Var, böyük otaqdadır, mәn yatan otaqda.
– Zәng elәmәk olar?
– Әlbәttә.
– Truppa rәhbәriylә tәcili әlaqә saxlamalıyam. Demişdi
146 ki, zәng elәyim, әvәzlәmә ola bilәr.
Viktor böyük otağa keçib, nömrәni yığdı.
– Qalina Nikolayevna, danışan Samoylovdur.
Dәstәkdә Taqanka Teatrının truppa rәhbәri Qalina
Vlasovanın aktyor diksiyasını xatırladan aydın sәsi eşidildi:
– Eşidirәm!
– Qalina Nikolayevna, sabahınız xeyir, Samoylovdur
danışan.
– Yura, әvәzlәmә var. “Antidünyalar” tamaşasının әvәzinә
“Puqaçov” nümayiş etdirilәcәk. Başa düşdün? Sabah saat
on birdә İntermediyaları mәşq edәcәyik. Yadında qaldı?
Orda bәzi ixtisarlar var. Dayan, dayan, sәn axı Smirnov
deyilsәn, Viktor Samoylovsan. Sәn sabah 17.00-da müzaki-
rәdә olmalısan. Gecikmә! Yeri gәlmişkәn, “Canlı” tamaşa-
sının iştirakçıları müәyyәnlәşib. Sәn orda da oynayırsan.