Page 155 - "Zəfər və ilğım"
P. 155
“Qızlar” ağız-ağıza verib, “hә” deyәndәn sonra içdilәr. 155
Elә bu vaxt ofisiant qız onlara yaxınlaşdı vә gözlәnilmәdәn –
illüziyaçısayağı stolun üstünә daha bir araq qrafini qoydu.
Boris İvanoviç, hәtta qorxudan diksindi vә arvadının nara-
hatlıq yağan üzünә baxıb, yaxasını kәnara çәkmәyә çalışdı:

– Biz yalnız bir şüşә sifariş etmişik, buna ehtiyac yoxdur.
– Arağın pulu ödәnilib, bunu da sizә vermәyi xahiş etdi-
lәr, – ofisiant Samoylova bir kağız parçası uzatdı. Kağızda
“Pәrәstişkarlardan” yazılmışdı.
Viktor әtrafa göz gәzdirdi, sonra ofisiantın üzünә baxaraq,
tәәccüblә soruşdu:
– Kim göndәrib, hansı stoldan göndәriblәr?
Ofisiant bufet tәrәfә işarә etdi. Burada toplaşmış müştә-
rilәrin içәrisindә gizlәnmәyә çalışan Nasonovu gördü.
– Pәrәstişkarımı bizim stolun adından qonaq elәyin, – o,
bufetçi qıza beş rubl uzatdı, Tatyananın ata-anasına üz tutub
soruşdu: – isti yemәk sifariş edәcәyik?
Bir ağızdan artıq özlәrinә toyuq әti, qızlarına isә meyvә
şirәsi vә dondurma sifariş etdiklәrini dedilәr.
– Deyin görüm, – Samoylov әdayla ofisiantdan soruşdu, –
sizdә “qızardılmış döş әti” verirlәr?
Ofisiant “hm” elәyib, әyri-әyri gülümsәdi:
– İndi qızardılmış döş әtini az-az yerlәrdә verirlәr. Bu,
delikatesdir, kübar yemәyidir. Bizdә olanlardan nәsә sifariş
edәcәksiniz, ya yox?
– Sizdә olanlar, yәni proletar yemәyi?
– Yalnız toyuq qalıb, onu da, bilmirәm, hazırlamağa razı
olacaqlar, yoxsa yox. Çox gecdir.
– Onda mәnә dә toyuq gәtirin, razı olmasalar, deyin ki,
onlardan küsәrәm, bu gündәn pәhrizә oturaram.
– Yaxşı, dilә tutaram. Ancaq gözlәmәli olacaqsız. Әvvәlki
sifarişinizi indi gәtirәcәyәm.
Samoylov oturanların üzünә baxaraq, şәn-şәn soruşdu:
– Mәgәr biz tәlәsirik? Gәlin, valideynlәrin sağlığına
içәk!
   150   151   152   153   154   155   156   157   158   159   160