Page 160 - "Zəfər və ilğım"
P. 160
düşüb, rәqs edirdi. Viktor da Tanyanı rәqsә dәvәt etdi vә
onlar rәqs edәnlәrә qoşuldular. Restorana gәlәnlәrdәn kimsә
onların gözәl rәqs etdiyini görüb, әl çalmağa başladı. Stol
arxasına qayıdanda Tatyana nәfәsini dәrib, qәtiyyәtlә bәyan
etdi:
– Bәsdir! Vitya, daha gecdir, sәhәr işә getmәliyәm.
– Yaxşı, gedәk deyirsәn, gedәk.
O, ofisiantı sәslәyib, hesabı ödәdi vә gәnclәr küçәyә
çıxdılar.
Taksidә Moskvanın qaranlıq küçәlәriylә Beqovaya
küçәsinә gәldilәr. Maşından çıxarkәn Samoylov Tatyanadan
soruşdu:
– Mәnziliniz neçәnci mәrtәbәdәdi?
– Yeddinci.
– Şef, – Samoylov sürücüyә dedi, – indi gәlirәm, qızı
yeddinci mәrtәbәyә ötürüb, düşürәm.
– Bax ha, öpüşmәyi sәhәrәcәn uzatma, – arxadan
sürücünün sәsi eşidildi.
– Şef, nә öpüşmәk-filan, biz hәlә uşağıq.
– Yaxşı-yaxşı, әlli tәrpәn, ayğır.
160 Liftdәn çıxarkәn mәrtәbәnin meydançasında hay-küylü
bir kampaniya gördülәr. Qonşuların aralı olan qapısından
gülüş vә musiqi sәslәri gәlirdi. Bәstәboy, qaragöz, koppuş
bir qız Tanyanı görәn kimi, onun qabağına yüyürdü:
– Tanya, harda itib-batmısan? Gәl içәri. Özümüzünkülәrdi.
Kiril, Qenka, Zoyka – hamısı burdadır, rәfiqәlәrini dә gәti-
riblәr. – O, Samoylov tәrәfә çevrilib sәrxoş әdayla özünü
tәqdim etdi, – Nataşa! Yeri gәlmişkәn, Tanyanın yaxın rәfi-
qәsi. Tanya, bunu hardan tapmısan?
– Nataşa, bu, Viktordur, tәzә dostlaşmışıq. O, mәnim Xi-
laskarımdır.
– Onun lәqәbi “Xilaskar”dır?
– Hә, artıq bu, mәnim lәqәbimdir, – Samoylov iftixarla
cavab verdi.