Page 168 - "Zəfər və ilğım"
P. 168
aktyorlarımız da var: Smirnov, Kolokolnikov, gәnc An-
tipov… Biz başqa şeylәrә hazır olmalıyıq – bütün bunları
necә qoruyub-saxlamaq barәdә fikirlәşmәliyik!

– Yura, mәn dünyanın hәr üzünü görmüşәm, – Mojaev
sözә başladı, – gәlin, etiraz elәyәrkәn müәyyәn qaydaları
nәzәrә alaq. Әsas odur ki, qәzәbә tuş gәlmәyәk, bizi
güllәlәmәsinlәr. Bir mәsәlәnin üzәrindә israrla dayanmaq
lazımdır: Kuzkin kәndli dә ola bilәrdi, alim, mühәndis vә
ya zabit dә. Öz lәyaqәtini, şәrәfini qoruyub saxlamış bu
sadә rus insanı, hәyatın bütün keşmәkeşlәrinә baxmayaraq,
öz işiylә mәşğuldur. Bu insan tipinә hәm kәnd, hәm dә
şәhәr hәyatında rast gәlmәk olar. Kuzkin obrazının “Yelbeyin
İvanuşka”, “Tyorkin” kimi mәnbәlәri var… Hekayә çapa
hazırlanarkәn Tvordovski ilә mәhz bu mәsәlәni müzakirә
etmişdik. O gün ikimizә bir araq da içmişdik. Partkom,
araq süz!

Qlaqolin qәdәhlәri doldurdu, hamı içdi, Lübimov isә
stәkanı havaya qaldırıb, ayaqlarını yerә vura-vura oxumağa
başladı:

168

Maket otağında: D.Borovski, B.Mojayev, E.Denisov,
Y.Lübimov, Q.Fayman
   163   164   165   166   167   168   169   170   171   172   173