Page 167 - "Zəfər və ilğım"
P. 167
– Düz deyirsәn, Yura. Ömәr Xәyyam demiş: “Kim ki 167
haqqımızda pis fikirlәşir, o, bizdәn pisdir, axı bizdәn pis
olanların, bizimlә nә işi var?” Getdik maketә baxmağa.

Onlar dәhlizdәn keçib, teatrın baş rejissorunun kabinetinә
gәldilәr. İrәlidә Borovski gedirdi. Yaxşı işıqlandırılan maket
stolun üstündәydi. Maketdәki tozağacıların çәtirinә evciklәr
bәrkidilmişdi. Sığırçın yuvasını xatırladan evciklәrin hәr
biri ayrı-ayrılıqda işıqlandırılmışdı. Hamı baxıb, öz heyranlığını
bildirәndәn sonra Borovski tozağacının tәpәsinә “Novıy
mir” jurnalı da bәrkitdi.

– Bax, bu da son variant, Boris Andreyeviç.
– Dostlar, David, bu ki şedevrdi. Bu, eyni zamanda hәm
şәrti, hәm dә qeyri-şәrti sәciyyә daşıyır. – Borovski tozağacıla-
rın başındakı evciklәrin işığını yandıranda Mojayev onu
alqışladı.
– Möcüzәdi! Elә bil “Әmәk cәbhәsi” kolxozunun tarlasıdı.
Bura bir leylәk dә әlavә etmәk olardı, bәs sığırçın yuvaları
hanı?
Borovski ağaclardan birinin başına sığırçın yuvası, o
birisinә isә samandan hacıleylәk yuvası şәkli әlavә etdi vә
Mojayevә tәrәf çevrilib dedi:
– Bu da leylәk yuvası, istәsәz içinә yumurtalar da qoya
bilәrәm.
Mojayev qәhqәhә çәkәrәk Borovskini qucaqladı:
– Әladır!
– Bu dekorasiya yaxşıdı, ancaq yaxşı aktyorlar barәdә
dә fikirlәşmәk lazımdı, – Qlaqolin sözә qarışdı, – Quzenkov
ilә Motyakova rollarını kim oynayacaq? Qubenko bunu
elәyә bilmәyәcәk – RDKİ-dә oxuyur, vaxtı yoxdu. Tәcili
tәdbir görmәk lazımdı. Vısotskinin başı bәdiyә yazmağa
qarışıb, Motyakov barәdә fikirlәşmir.
– Yura, Vısotskisiz ötüşә bilmәrik, yaxşı deyil. Onun
kalibri böyükdü, qarşısında duruş gәtirmәk olmaz.
– Mojaiç, narahat olma, – Kumir onu sakitlәşdirdi, –
Volodya rolunu da aparacaq, bәdiyә dә yazacaq. Yaxşı
   162   163   164   165   166   167   168   169   170   171   172