Page 169 - "Zəfər və ilğım"
P. 169
zanda yaşamaq istəmədin,
Kadril oynamaq istəmədin sən.
Fedya, sünnət elə özünə,
Köçək gedək İsrailə.

Bu vokal ifa bitәr-bitmәz qapı bәrkdәn döyüldü vә Kumi- 169
rin arvadı Lüsya icazә istәmәdәn otağa girdi.

– Hә, gecәquşuları, demәk, burdaymışsız! Yura, sәsini
başına atmısan, ancaq mәtnin yarısını sәhv oxudun. Bax,
gör necә oxumaq lazımdır! – Qadın çantasını stolun üstünә
atıb, oynaya-oynaya hәmin mahnını çox gözәl ifa elәdi.
Bundan sonra bir-bir hamını öpüb, hәrbçilәr sayağı komanda
verdi: – Hamını premyera münasibәtilә tәbrik edirәm! Qri-
tsenko, Ulyanov vә bütün Vaxtanqovçular sizi salamlayır.
İndi isә hamı maşına! Mәn sonuncu “İdiot”da oynadım, bu-
nu qeyd etmәk lazımdır!

Karıxmış kişilәr gözlәrini bәrәldib, bir-birinin üzünә
baxırdılar.

– Gedәk, gedәk! “Volqa” aşağıda sizi gözlәyir. Heç ol-
masa, adam kimi yemәk yeyәrsiz.

Onlar “Bizi sәhәr mehi qarşılayır, çaydan әsәn külәk
qarşılayır bizi” oxuya-oxuya gecәnin bir alәmindә Moskva
küçәlәri ilә şütüyәn maşında Kumirin mәnzilinә gedirdilәr.

Hesablaşma

Sәhәr-sәhәr Samoylov hiss etdi ki, kimsә yavaş-yavaş
adyalı üstündәn çәkir. Gözlәrini açmadan әliylә yanında
uzanmış Tatyanaya toxundu. Tatyana gecә köynәyindәydi,
üstündә adyal yox idi. Viktor gözlәrini açdı. Sifәti әyilmiş,
әlindә qayış tutmuş Boris İvanoviç onların başının üstünü
kәsdirmişdi. Samoylov qorxudan dizlәrini yığıb, çarpayının
baş tәrәfinә qısıldı. Onların ikisi dә mәlәfәdәki qan izini
eyni vaxtda gördü.
   164   165   166   167   168   169   170   171   172   173   174