Page 176 - "Zəfər və ilğım"
P. 176
iantın hәr ikisini saxlayır.) O, Furtsevanı fotoşәkillәrdәn

vә televiziya verilişlәrindәn tanıyırdı. Ancaq şәxsi görüşlәri

dә olmuşdu. Bir dәfә Furtsevanı MXAT-da, tamaşa zamanı

görmüşdü.

O gün Furtseva MXAT-ın sәhnәsindә nümayiş etdirilәn

“Ağıllı adam da sәhv edә bilәr” tamaşasına gecikmişdi.

Samoylovun yeri yeddinci sıradaydı. Onu әsas rollardan

birini ifa edәn O.Strijenov

dәvәt etmişdi. Xarici işlәr

nazirinin müavini Firyubin

altıncı sırada, düz onun

önündә oturmuşdu. Firyu-

binin yanında boş yer vardı.

Yekaterina Alekseyevna

tamaşa başlayandan sonra

gәlib çıxdı. Onun nәzakәtli-

mәmnun üz ifadәsindәn,

lәngәrli yerişindәn mәlum

olurdu ki, “madam” әmәlli-

başlı “vurub” gәlib. Ancaq

176 kәnardan baxanda sәrxoş

olduğu sezilmirdi. O axşam

Furtseva cazibәdar vә son

dәrәcә sәrbәst qadın tәsiri

“Dünyanı sarsıdan on gün” bağışlayırdı. Tamaşanın so-
tamaşası, V.İvanov-Taqanski nunda o, hәtta Qlumov rol-
unu ifa edәn Strijenovla
Kerenski rolunda zarafatlaşmağı da unutma-

dı. Onda MXAT-da baş verәnlәr, indiki dillә desәk, heç

eyninә dә deyildi, ancaq burada, Taqanka Teatrında özünü

bir qәdәr narahat hiss edirdi. Belә şeylәrә öyrәşmәdiyi açıq

görünürdü.

Lübimov onu girişdә qarşıladı. Nazirin sifәtinә Vaxtanqov

Teatrının qәhrәmanına xas sәmimi gülüş qonmuşdu.
   171   172   173   174   175   176   177   178   179   180   181