Page 488 - "Yeni söz"
P. 488
nc yazarların ədəbiyyat almanaxı
Yenə bir ağacın nəriltisi və yerə çırpılışı eşidildi.
Ancaq odunçu qızı ağlaya bilmirdi. Qarnındakı ağrı bütün bu acıyla bərabər ona

qəribə bir rahatlıq və sakitlik verirdi.
O, hələ də tərpənmir, üzərinə düşən günün qızmar işığından da qaça bilmirdi.
Ondan tökülən tər ətrafında böyük bir nəmişlik yaradır, dörd yanından buxar üzü

Tanrıya qalxırdı. “Yəqin, ölüm budu”, – düşündü.
Gün batanda Böyük Səhranın ucsuz-bucaqsız çöllərində uzun bir sərgərdanlıqdan

sonra gözləri şişmiş, saçları ağarmış, qarnı böyümüş halda evə qayıtdı.
Artırmanın dirəyindən tutub bir neçə dəqiqə dayandı, nəfəsini dərdi.
Birdən elə bil onu ildırım vurdu, əlini dirəkdən çəkdi: bu, onun istiliyi, bu, onun ətri

idi.
Deyəsən, qardaşları dünən çoxdan çürüyüb putlamış dirəyi yenicə kəsdikləri ağacla

dəyişmişdilər.
O, dirəyi qucaqlayıb susdu. Elə oturduğu yerdəncə torpağı qazımağa başladı.
Özüylə bayaqdan bəri sürüdüyü qamacı ora əkdi.
Uzaqdan görünən qardaşlarının və atasının kölgələrini görüb otağına çəkildi, qapını

bağladı, körpə doğulana kimi də otaqdan çıxmamaq qərarına gəldi – oğlunun adını Nuh
qoyacaqdı.

488
   483   484   485   486   487   488   489   490   491   492   493