Page 485 - "Yeni söz"
P. 485
Əli ilə özünü dartır, ayağıyla itələyir, sürünürdü. Başını qaldırmır, ona qətiyyən Zərdüşt Şəfi. Nuhun doğulması
baxmırdı: deyəsən, acizliyindən, bu baltalı adamların əlindən qaçmaq istədiyindən
utanırdı.

Qız qaçıb onun qarşısını kəsdi, yerə çökdü. Dizlərini onun başının altına qoydu, əli
ilə üzündən tutmaq istədi: Meşə-adam hələ də onun üzünə baxmırdı.

Üzünü yana çevirmişdi.
Ətrafda onun göz yaşlarını bircə-bircə əlində daşıyan balaca yağış mələkləri gözə
dəyməyə başladılar. Ancaq qız ancaq damcıları gördü, başını qaldırıb göylərə baxdı.

9
O, qızın əlindən çıxıb getmək istəyirdi, gecə keçirdi. Nə qədər ki fürsət var, uzaqdan
görünən kənddən mümkün qədər uzaqlaşmaq, Böyük Səhranın sonsuzluğunda itmək
lazımdı.
“Hara.. hara gedirsən? – soruşdu qız – axı hara gedirsən?”
Tərpənmədi. Eləcə qaldı. Başını da qaldırmadı. Parçalanmış çiynindən torpaq
çatladı, içindən rəngsiz bir zoğ uzandı, dərhal bir yarpaq da açdı, böyüdü, böyüdükcə
xətləndi, hər xətt minlərlə damara, damarcığa çevrildi. Yarpaq yaşıllandı, ucu sivrildi.
Qız gözlərini onun bədənindəki dəyişiklikdən çəkmədən danışırdı: “Axı hara
gedirsən, gəl, gəl gedək bizə, mən ağama deyərəm, mən onlara deyərəm...”
Yavaş-yavaş rəngi özünə gələn zoğun ucundan bir yarpaq da açıldı, sonra biri də.
Sonra elə qız danışa-danışa birdən zoğun ucu şişdi, böyüdü.
Qız danışıb sayıqladıqca böyüyən qönçə birdən elə açıldı ki, qız səsini kəsib susdu,
gözlərini böyüdüb baxdı: qönçənin içindən ləçəklər göründü, sanki gözləri vardı, sanki
ona baxırdılar. Bayaq yumalananda cırılan paltarını, küləklərin əlində əsir saçlarını
görüb ləçəklər qıpqırmızı qızardılar və başlarını uzadaraq boyunlarını bükdülər,
dartındılar və böyük, qıpqırmızı bir qırxyarpaq oldular.
Bir neçə saniyənin içində bütün bunları görən, gördükcə də vəcdə gələrək
məntiqsiz və mənasız, nə gəldi danışan qız daha dayana bilmədi, onu sinəsinə sıxdı, bu
əlsiz-ayaqsız gövdəni qucaqlayıb bağrına basmaq istədi, ancaq sinəsinə sancılan tikan-
lardan çığırıb geri çəkildi – qırxyarpağın zoğu başdan-başa, sıralanmış əsgər kimi tikana
bürünmüşdü.
Qızınsa sinəsindən, boynundan qan damırdı.
Yağış gücləndikcə o qanı yuyub bədəninə və səhranın sarımtıl torpağına axıdır, tor-
paq qızarırdı.
Qızaran torpaqda sürətlə gözlər açılır, milyonlarla çiçək və ot toxumu çatlayır,
başlarını qaldırıb onlara baxırdılar.

485
   480   481   482   483   484   485   486   487   488   489   490