Page 483 - "Yeni söz"
P. 483
Qız çığırmamaq üçün özünü güclə saxlayırdı. Zərdüşt Şəfi. Nuhun doğulması
Qaçıb artırmaya çıxdı – uzaqda bir kölgə qaçırdı. Qışqırmaq istəyib tez də susdu.
Bayaqdan bəri bir qulağı ilə eşitdiyi və fikir vermədiyi səsi indi anladı, ancaq bunun
oğlanın qaçmağıyla nə əlaqəsi ola biləri ki: atası yatmamış, evin o biri üzündə,
artırmada oturmuş, yəqin ki, damağında çubuğu baltanı yeyələyir, xartla sürtüb
itiləyirdi.
8
O səhər qız həmişəki kimi obaşdan oyanıb həyətə çıxanda sərxoş ilğımın kənddən
xeyli uzaqlaşdığını gördü.
Onunla bərabər bir çox adam həyətlərinin qarşısında dayanıb uzağa, son bir ay
ərzində kənddən uzaqlaşmayan meşəyə baxır, onun birdən-birə yenidən hərəkətə
gəlmə səbəbini düşünür, eyni zamanda da ordan gələn balta səslərini dinşəyirdilər.
Bir anın içində qızın gözləri önünə Onun torpaq əlləri, torpaq tökən bədəni,
axşamkı qəfil qaçışı və atasının baltaları yeyələməsi gəldi.
Qız dərindən, dərindən nəfəs aldı və birdən çığırıb dəli kimi ağlamağa başladı.
Başının üstündən keçən qara quş onun çığırtısını dimdiyinə alıb apardı.
Ətrafdan qızlar qaçıb gəldilər, onu qucaqladılar, sakitləşdirmək istədilər, ona
qoşulub ürəyiyanmışlıq edərək ağladılar da- ancaq nə onu sakitləşdirə bildilər, nə də
ağzından bir söz ala bildilər.
Zaman-zaman qız yenidən və yenidən güc topladıqca çığırır və evin divarına
qısılırdı. Ətrafdasa adamlar bir- birlərinə eyhamlı baxışlar atır, dinib-danışmasalar da,
gözləri ilə guya ki, nə isə başa düşdüklərinə eyham vururdular.
Qız otağına çəkilərək axşam düşənə kimi ağladı. Atası və qardaşları üst-başları qan
içində evə qayıdanda da onları qarşılamağa çıxmadı; onlar camaata ağaclardan daman
qandan danışdıqca onları qarğadı, qapının rəzəsini çəkərək özünü evə qapatdı.
Gecə meşə-adam sonuncu dəfə onun otağına gəldi. Onun sol çiynindən aşağısı
yoxdu.
Qız ona baxaraq hönkürüb ağlayır, ayaqlarını yerə çırpır, qapının o üzündən qışqıran
və qapını açmağını tələb edən ata və qardaşlarına isə ancaq çığırtıları ilə cavab verirdi.
Onlar qapını sındırıb içəri girəndə o, artıq getmişdi.
Qız yerə səpələnmiş rəngi qandan qızarmış torpağı qardaşlarının və atasının
sifətinə çırparaq ağlayırdı.
Bu, heç nəyi dəyişmədi. Səhər erkəndən kəndin digər odunçuları da onlara qoşulub
getdilər. Səhərdən axşama kimi kəsə bildikləri qədər ağac kəsib, bata bildikləri qədər
qana batdılar.
483