Page 481 - "Yeni söz"
P. 481
Yerinin içində dikəldi, bıçağı kənara qoydu. Adyalına bürünüb başı ilə ona işarə Zərdüşt Şəfi. Nuhun doğulması
elədi, ancaq heç özü də bilmədi ki, bu hərəkətlə nə demək istəyir.
Yağış birdən-birə, xırp deyə kəsildi.
Meşə-adam ayağa qalxdı. Üzünü divara çevirib yavaş-yavaş divarın dibiylə getməyə
başladı.
Qız başa düşdü ki, çağırılmamış qonaq bunu onu qorxutmamaq üçün edir. Əlini
yerə vurdu, onu saxladı.
O dayandı, yavaşca yerə çökdü, qıza baxdı, baxdı.
Bayırda isti yellər əsməyə başladı.
Odunçu qızı özü də başa düşmədi, necə oldu ki, onun yanında çox rahat bir şəkildə
özünün də xəbəri olmadan yuxuladı, sanki onda bir sehr vardı.
Yuxuda meşədə yatdığını gördü, yatıb yuxuya daldığını gördü, gördü yenə çiçəklər
onu dövrələyib, yerdən zoğlar uzanaraq onu qucaqlayıb, yenə moruq, çiyələk kolları
onun ətrafına yamyaşıl bir hasar çəkib.
Meşə-adam sabaha kimi qızın yatağının ayaq tərəfində oturdu.
Sabaha kimi isti yellər bütün suyu buxarlandırıb apardı, ömründə su üzü görməyən
həsrətli torpaqlara o gecənin sabahı bir dünya yağış yağdı, yerin çatlamış dodaqları
bitişdi: Böyük Səhranın quma çevrilmiş torpaqları bir ah çəkdi, oduna Tanrı da diksindi.
Sabah səhər ətrafda bir damcı da su tapmayan insanlar axşamkı suyun hara get-
diyini bilmədilər, axşamkı selin-yağışın yuxu olduğunu düşündülər.
Ancaq bu yuxudan hinlərdə ölü toyuqlar, tövlələrdə içəri dolan sudan boğulmuş
inəklər, qoyun-quzular qaldı.
Bir də evinin qarşısında, artırmada, kətilin üstündə, özünü qucaqlayıb ölmüş ahıl
kişi – su onun sinəsinə qədər qalxıbmış, ona görə də üstü-başı ölü soxulcanlarla
doluydu.
İsti yellər onları qupquru qurutmuş, sarmaşıq kimi qocanın bədəninə sarımışdı.
Ancaq bu yuxu uzandıqca-uzandı. O gecədən sonra hər gecə yağış yeri-göyü yuyub
adamların kəndinə tökürdü.
Kənd camaatı başını itirdi. Tərtəmiz, ay işıqlı, cırcırama səsli gecələrdə birdən-birə
leysan başlayır, apaçıq havadan yağış yağırdı.
Bütün əkənəkləri, bostan və tərəvəzləri, meyvə bağlarını, taxıl zəmilərini, anbar və
tövlələri, hətta bəzi evləri də su basır, nəmişlik kəndi başına alıb gedirdi.
Bir yandan da başabaş bataqlığa çevrilmiş “sərxoş ilğım”dan qaçıb kəndə daraşan
heyvanlar, quşlar, həşəratlar camaatı bezdirmişdi.
Ancaq heç kim bilmirdi ki, bütün bunların baiskarı odunçu qızıdı. Hər axşam meşə-
adam gələn kimi yorğanına bürünür, yanına da bıçaq qoyub otururdu.
481