Page 477 - "Yeni söz"
P. 477
Qızın otağının qarşısına gəlir, onun yuxusuna girmək istəyir, onu görmək, ona bir Zərdüşt Şəfi. Nuhun doğulması
insan kimi toxunmaq istəyirdi.

Eyni zamanda günəşdən kəndin uçuq-sökük evlərinin arxasına daldalanan qocalar
və cavanlar gecələr kənddə dolaşan kabusdan danışırdılar.

Onu təsadüfən uzaqdan-yaxından görənlər, gördüyünü iddia edənlər onun
haqqında bilib-bilmədikləri, uydurub-uydura bilmədiklərini danışır, kəndin canına
vahimə salırdılar.

4
Məhəbbətin göylərdə Ay adlanan böyük və işıqlı dəlikdən axaraq yer üzünə
töküldüyü bir gecə meşə-adam dayana bilmədi, pillələrlə artırmaya qalxdı, dar
nəfəslikdən içəri süzülərək qızın otağında bir küncə çəkilib dayandı.
Həyəcandan xeyli müddət nəfəs də almağa çəkindi: o, heç vaxt özünü qıza belə
yaxın hiss etməmişdi.
Qız ondan iki addım aralıda yastığına sığınıb yatır, yuxuda onun işıldayan gözlərini
görürdü.
Odunçu qızının yorğanın uclarından çölə çıxan, gündüzlər meşə-adamın sinəsində
gəzən balaca pəncələri, dizlərinə qədər zərif ayaqları başını dumanlandırdı.
Az qalırdı qızın pəncəsini əlinə alıb ürəyinin üstünə bassın, az qalırdı dodaqlarını
qızın işım-işım işıldayan çiyinlərinə yapışdırsın.
Varlığının yeganə səbəbi buymuş kimi, içində bu qız boyda yer od tutub yanırmış
kimi, hardasa lap dərin, özünə də sirr olaraq qalan qatlarında məhz bu çatmırmış kimi,
alıb qızı qəlbinin içinə qoymaq istəyirdi. Elə bil nə vaxtsa bu qızı onun içindən
çıxarmışdılar.
Eyni gecənin səhərisi bütün kənd ilk xoruz banıyla ayağa qalxıb qoyun-quzu, mal-
davarını otlaqlara yollayanda gözlərinə inanmamışdı: kəndin düz qarşısında böyük iki
təpə ucalmış, təpənin arxasında isə “sərxoş ilğım” heyrətamiz bir rayihə saçaraq Böyük
Səhranın kəndi dövrəyə almış düzənlərinin yerinə uzanmışdı.
Qız yerindən qalxıb pəncərəyə baxanda sevindiyindən necə qışqırmışdısa, arxaya
çevrilib donunu geyinmək istəyəndə o qədər qorxmuşdu: otağın uzaq küncündə bir
sıxım torpaq səpələnmişdi.
Torpağın tozu ta nəfəsliyə qədər uzanıb, ordan artırmaya, artırmadan yerə
süzülürdü.
Gecə Ay doğana kimi qız yerinin içində, balışına qısılıb, qorxudan titrəyən bədənini
qucaqlayaraq gözlədi, ancaq Ayın gümüşü işığı evə yayılıb, onun ruhunu oxşayan kimi,
qızı yuxu apardı.

477
   472   473   474   475   476   477   478   479   480   481   482