Page 474 - "Yeni söz"
P. 474
nc yazarların ədəbiyyat almanaxı
Nuhun doğulması
A damlardan uzaqda, Böyük Səhranın ilğımlı üfüqlərində Günəş yaz
həsrətindən saralmış payız yarpağı kimi göylərin gözəgörünməz
saplağından qopub qüruba düşürdü.
Günəşdən çox uzaqda, Böyük Səhranın ilğımlı çöllərində, Allahla ayrı-ayrı
dünyalarda yaşayan adamlar, bir anlıq da olsa, işlərini saxlayır, başlarını qaldırıb üfüqdə
parıldayan sarımtıl şəfəqlərə baxır, gözlərini qıyıb, əlləri qaşlarının üstündə bu
möhtəşəm qürubu izləyirdilər.
O isə həm adamlardan, həm Günəşdən uzaq qalan, Böyük Səhranın ilğımlı
çöllərinin sevimli varlığı, bax indi çevrilməli, adam olmalı idi, ancaq ola bilmirdi.
Onun əvvəlki bədənindən indi bircə gözləri qalmışdı – balaca bir qamacın körpə
budaqlarında, xəfif yeldə titrəyən, həyat dolu yarpaqlar.
O, yamyaşıl gözləri ilə batmaqda olan Günəşi izləyirdi.
Ümid edirdi: bir gün kökləri ilə ətraf torpaqları qucaqlayaraq özünü çoxaldacaq,
qamac-qamac pöhrələyib artacaq, artdıqca bədəninin digər hissələrini bərpa edərək
bir gün yenə adam ola biləcəkdi.
Bu, onun nağılıdı.
1
O, Böyük Səhranın ilğımlı çöllərində vur-tut əlli-altmış qocaman ağacdan ibarət
kiçik bir vahə idi.
Kövrək və cavan qamaclar, təpələrdə bitən kollar onun bu balaca ərazisini bəzəyir,
ona sıx meşəlik görünüşü verirdi.
O, meşə-adam idi, ancaq adamlar onu bu səhraların ən qorxulu ilğımı kimi
tanıyırdılar.
O, heç vaxt digər adamlar kimi ola bilmirdi. Günəş batan kimi güclü kökləri ilə
qucaqladığı yeddi qat torpağı buraxıb adam olurdu.
Ağacların, kolların daşlı-kəsəkli kökləri, gövdələri, yenicə pöhrələmiş zoğları yığılıb
onun bədəninin əzələ və damarlarına çevrilirdilər.
Torpağın altından sovrulub üzə çıxan, göz-göz qaynayan, qaynadıqca cənnət qoxu-
yan bulaqlar qıpqırmızı qana dönüb bu damarlarda dövrə vururdu.
Yarpaqlar onun gözlərinə, çiçəklər ürəyinə yığılır, onu tamamlayırdı.
Bax beləcə meşə çevrilib adam olurdu.
474