Page 469 - "Yeni söz"
P. 469
– Sənə də bir şeyi qandırmaq olmur. Axı dedim, məndən olsa, hamıya kömək Ülviyyə Heydərova. Mələk
edərəm... Bir də nə üstümə düşürsən e? Mən olmasaydım, bu insanlar bir-birilərinin
ətini yeyərdilər. Düzdür, onların ən xoşbəxt anlarında peyda olmağıma özüm də xəcalət
çəkirəm. Amma nə edim? Əmrə tabeyəm. Əvvəllər fikirləşdim ki, bəlkə, xahiş edib
işimə böyük fasilə verim. İki-üç əsrdən bir insanları göylərə qaldırım. Amma görəndə
ki, cavan əlilə, şikəstə fikir verən yoxdur, düşündüm, bunlar iki yüz yaşlı ulu babalarına
necə baxacaqlar? İki yüz yaşlı insan kimə gərəkdir? – Mələk hirsindən üzünü Aslanova
deyil, onun çərçivəyə alınmış fotosuna baxdı.
– Sən də az fəlsəfə çürüt! – Qüdrət Aslanov yemək daşıyan oğlanlara diqqətlə
baxdı.
– Nədir, yoxsa yalan deyirəm? Bu gün yerə enəndən elə hey adımı eşidirəm. Elə
bilirdim, millətin məndən zəndeyi-zəhləsi gedir...
– Yenə kimi aparmağa gəlmisən? Düzünü de görüm!
– Qorxma, o məqsədçün burada deyiləm.
– Sən Allah, mənimkilərə əl dəymə! Necə getdim e?! Arvadım, gəlinim ağlamaqdan
birtəhər olublar. Hələ nəvəmi demirsən? Bütün günü həyətdə gözü məni axtarır...
– Belə görürəm, deyəsən, bircə mənim işimdə rüşvət, tapış keçmir. Odur ki, xahiş
etməyə dəyməz. Yaxşı, icazə ver, yasını tərk edim...
– Xoş getdin! Gülə-gülə!
– Bax belə! Nə isə... Hələlik...
Mələk mağardan çıxdı. Ona elə gəldi ki, dünyanın yükü çiyinlərindən götürülüb.
Özünü o qədər rahat, yüngül hiss etdi ki, hətta qollarını açıb səmada süzdü. Şəhərə
yuxarıdan baxanda bir-birinə sarmaşan maşınları ilana, insanları isə qarışqaya bənzətdi.
Hər şey ona cılız göründüyündən, qəhqəhə çəkib güldü. Gülüşünü yalnız Sovetski
məhəlləsindəki quş damlarının üzərində uçuşan ağ göyərçinlər eşitdi. Quşlar yaxınlaşıb
onu dövrəyə aldılar. Mələk özündən çıxmış göyərçinlərin əhatəsində ərköyüncəsinə
qanad açdı. Səmada xeyli süzəndən sonra gözü qəfil yas mağarından iyirmi metr aralıda
top-top oynayan uşağa sataşdı. Ona yaxınlaşmaq, hətta söhbət etmək istədi. Çünki
İçərişəhərin körpələri ilə bir kəlmə də kəsməmişdi. Aşağı enəndə göyərçinlər onu tək
buraxmadı. Bir-biriləri ilə boğuşan quşlar uşağın üstünə necə şığıdısa, zavallı qorxusun-
dan topu atıb qaçmağa başladı. Quşlar uşağı İstiqlaliyyət küçəsinə tərəf qovdu…
Mələk ona yardım etmək istəsə də, artıq gec idi. O, gah əllərilə başına vuran şoferə,
gah da qanına bələnmiş uşağa baxdı. Heyrətləndi. Anlaya bilmədi ki, niyə məhz
Qüdrətin nəvəsinin taleyini öncədən görməyib.
469