Page 466 - "Yeni söz"
P. 466
nc yazarların ədəbiyyat almanaxı

– Zibilində şüşə butulka yoxdur?
– Təəssüf, əliboşam. Bəlkə, skamyada uzanıb bir az dincələsən?
– Yox, mən yaxşıyam. Hara dediniz?! Bura elə mənim yerimdi də! Yay-qış burda
yatıram... Dayan görüm, sən kimsən? Turist? – qoca, nasist əsirlərin geyimini xatırladan
ağ-qara zolaqlı pijamasının ətəyi ilə burnunu sildi.
– Hə, İçərişəhərə birinci dəfədir gəlirəm... Amma buralıyam.
– Necə yəni? Yox, məni aldatma! Rafik əmi bütün İçərisəhər əhlini tanıyır. Baxma
ki, burda doğulmamışam. Amma səni xatırlamıram.
– İçərişəhərli deyəndə ki, əslində bura mənə çox doğmadır.
– Bir yaxına gəl! – qoca qırışdan kiçilmiş gözlərini iri açıb Mələyə baxdı. Üzünü
bulanıq gördü. Ona elə gəldi ki, bayaqdan qarşısındakının başı ilə yox, bədənilə danışır.
– Üzünü niyə belə aydın görmürəm? Sən adamsan, yoxsa kabus? Bəlkə, məni qara
basır, hə? Oğlum, əlini əmiyə ver! Yox, qorxma, murdar deyiləm. Məəttələm ki, hələ
ayılmamışam?
– Narahat olmayın! Mən də adamyeyən deyiləm.
– Çaşıb göydən zənbillə düşərsən, ha? Ha-ha-ha?! Gülməlidir, hə? Ver əlini, qalxım
ayağa...
Qoca Mələyin köməkliyi ilə ayağa qalxanda ona bir daha diqqətlə baxdı. Üzü yenə
də gorünmürdü. Qoca bu dəfə əlini Mələyin üzünə toxundurmaq istəyəndə o, başını
geri çəkdi.
– Bağışla oğlum! Deyəsən, mən artıq... o söz! Adın nə oldu sənin?
– Mələk... Bir az qəribə səslənir, hə? – skamyada yerini rahatladı.
– Hə, qız adıdı. Belə hallar olur. Mənim də atamın adı Hicran idi. Əvvəl xəcalət
çəkirdim, sonra öyrəşdim... Bir ad, bir də gözəllik boş şeylərdi, təki bəxtin yaxşı olsun.
Elə mən özüm. Kim deyərdi ki, rayonun adlı-sanlı müəllimi gəlib bomj gününə düşəcək,
hə? Hamısı övladlarımın başıboşluğundandı. Düzdür, içməyimdən bezmişdilər... Arvad
öləndən sonra yaxın duran olmadı.
Mələk qocaya təsəlli vermək üçün əlini onun çiyninə toxundurdu. Qoca utanıb
başını əllərində gizlətdi. Bir az susdu. Sonra əllərini üzündən çəkib qəfil Mələyə baxdı:
– Heç narahat olma! Hərdən qonşular yemək gətirirlər. Ölmürəmdə ki, torpaqda
rahat yatım... Deyirəm, Mələk, oğlum, bəlkə, məni aradan gotürəsən, hə? Heç kim səni
tutmaz, mən kiməm ki, hələ bir cinayət də açılsın. Lap bir parça kağıza da nəsə yazaram,
guya özümə qəsd eləmişəm. Gör neynəyirsən?
– Nə danışırşız, Rafiq müəllim? Adam öldürmək fikrim yoxdur.
– Neçə illərdi mənə müəllim deyən olmamışdı... Sağ ol, oğlum! Yüz qram olsaydı,
sağlığına vurardım. Bura bax, niyə gözlərin görünmür, yoxsa mən pis görürəm?

466
   461   462   463   464   465   466   467   468   469   470   471