Page 463 - "Yeni söz"
P. 463
Mələk Ülviyyə Heydərova. Mələk
– Bircə ölsəydim, canım zülmdən qurtulardı. İnan Allaha, elə bezmişəm ki... Dünən
yenə lülatəş idi. Kişinin oğlu evə girən kimi ayaqqabısının bir tayını otağa vızıldadıb
üstümə cumdu. Az, yox?! Heç qoyaram? İt iyi verirdi. Elə bezmişəm həyatımdan...
Natəvan mobil telefonunu mikrofon kimi ağzına dirəyib ürəyini rəfiqəsi Vəfaya
boşaldanda iki saat öncə göydən İçərişəhərə enən Mələyin onu açıq pəncərənin
önündə dinləməsindən xəbərsiz idi. Əynində irigüllü xalat, başına dəsmal dolayan
Natəvan danışdıqca istilənir, “Liza” jurnalını yelpik edib özünü sərinlədirdi. Qapının
zəngi otağa yayılanda tez sağollaşıb ayağa qalxdı. Qonşunun uşağı anasının xahişini
çatdırırdı. Həvəssiz mətbəxə keçib, bir parça çörəklə dəhlizə qayıtdı. Uşaq çörəyi alan
kimi, evlərinə sarı götürüldü. Natəvan yataq otağına gəlib güzgünün önündə dayandı.
Özünə diqqətlə baxdı. Əllərilə üzünü, sonrasa qarnını oxşadı, dərindən “ah” çəkib,
dilinin ucunda “xeyri yoxdur, o da bədbəxt olacaq”, – dedi. Sonra Natəvan şkafın
siyirməsindən iki qutu dərman götürüb qonaq otağına gəldi.
Mələk Natəvanın dərman şüşələrindəki həbləri ovcunun içində qarışdırdığını
görəndə ona mane olmaq üçün mobil telefonuna yığdı. Natəvan telefonun ekranına
baxıb, zəngin naməlum nömrədən edildiyinə görə əvvəlcə cavab vermək istəmədi.
Çünki gizlin nömrədən gələn zənglərin yalnız ərinə məxsus olduğunu bilirdi. Lakin bir-
azdan həyata vida deyəcəyini düşünüb, ərinə son dəfə nifrətini bəyan etmək üçün tele-
fonun “yes” düyməsini basdı.
– Hə!
Xəttin o biri ucunda xırıltılı qadın səsini eşidəndə qaşlarını çatdı. Təəccübləndi.
Pəncərəyə yaxınlaşıb dalana göz gəzdirdi.
– Salam, ay bala! Zəng etdim deyəm ki, hələ çox yaşayacaqsan! Ölümünü arzula-
mağının mənası yoxdur. Bir də axı ana olacaqsan!
Natəvan danışanın qayınanası olduğunu zənn etsə də, inanmadı. Düşündü ki, axı
iki il əvvəl qayınatasının qırx mərasimində aralarında düşən mərəkədən sonra ömürlük
düşmənçiliyə and içiblər. Səs tanış gəlməsə də, qadını qayınanası bildi:
– Zərnigar xala, sənsən? Nə oldu? Bəs, deyirdin, oğlumun evinə gəlinimin ölüm
xəbərini eşidəndə zəng edəcəm?! Heç narahat olmayın! On dəqiqə gec zəng etsəydin,
əhdinə çatmışdın...
– Ay qızım, Zərnigar xala kimdi? Bir nəfəsini dər. Axı sənə hirslənmək olmaz. Heç
sənə müqəddəs olduğunu deyiblər? Sən ən qiymətli nemət gözləyirsən e!
Natəvan qadını telefonun ekranında görürmüş kimi diqqətlə baxdı. Heç nə anla-
masa da, zəngin kimin tərəfindənsə məqsədli şəkildə edildiyinə şəkk-şübhəsi qalmadı:
463