Page 464 - "Yeni söz"
P. 464
nc yazarların ədəbiyyat almanaxı

– Xanım, adınızı da bilmirəm. Yəqin, məni dolamaq fikriniz yoxdur. Eləmi? Nömrəmi
sizə kim veribsə, ona çatdırın ki, məsləhət yollamaqdansa, neçə illərdir mənə dağ çəkən
ərimin qırılmışlarının başına ağıl qoysalar, yaxşı olar!

– Adım Mələkdir.
– Hansı Mələk? Vəfanın maması? Bildim, elə sağollaşan kimi sizə xəbər edəcək...
Necəsiz, Mələk xala? Xalid əmi neçədi?
– Ay bala, mən başqa Mələyəm. Sən bir nənəyə qulaq assan, yaxşı olar. Dəqiq
bilirəm ki, özünə qəsd etmək istəyirsən...
– Axı bu necə olur? Nömrəmi sizə kim verib? Qayınanam? Hm, deyəsən, kişinin
qızı yavaş-yavaş adam olur?! Ömrümü çürüdəndən sonra... Deyirəm, vallah, bu tay-
fadan fələk də baş açmaz! – Natəvan bir-bir otaqları gəzib, hər tin-bucağa baxmağa
başlayır.
– Yox, nə danışırsan? Heç kimin sifarişini yerinə yetirmirəm. Səni uzaqdan-uzağa
tanıyıram. Uzun söhbətdi. Başa salsam, konturum çatmaz. Sadəcə ailənizə hörmətim
var... Biləndə ki, bir az problem içindəsən, fikirləşdim, hamilə qadınlar həmişə bu
vəziyyətdə həssas olurlar.
Natəvanın səbri tükəndi, nəfəsi daraldı. Söhbəti yarımçıq kəsib zəngin məqsədini
soruşdu:
– Yaxşı, nə demək istəyirdiz? Buyurun!
– Bax, məni dinlə! Onsuz da əcəlin çatmayıb, özünə nə edəcəksənsə, ağrısını
körpən çəkəcək. Bəlkə, o, elə öldü? Onda belə çıxır ki, uşağının qatili olacaqsan... Heç
sənin kimi gözəl qadına belə şeylər yaraşar? Onsuz da uşağın olandan sonra qənbər
ərin əriyib muma dönəcək... Bunu sənə Mələk xala deyir. Sağ ol!
Natəvan elə ağzını doldurub nəsə demək istəyirdi ki, xətt kəsildi. Əvvəl istədi Vəfaya
zəng edib olanları danışsın. Amma yorulmuşdu. Telefonu xalatının cibinə qoyub ağır
addımlarla mətbəxə keçdi, həbləri zibil verdəsinə boşaltdı. Masaya qoyulmuş vazadan
alma götürüb yataq otağına gəldi.
Natəvanla birgə evi dolaşan Mələk hər şeyin qaydasına düşdüyündən əmin olub,
Qoşa qala qapısına sarı üz tutdu. Burada növbəti dəfə “Meydan bazarı” düzənlənmişdi.
Qara zurnanın, nağaranın, sazın səsi bayır şəhərdə dolaşan insanları kiçik meydançaya
çağırırdı. Ağ çadırlarda kimi əl işlərini, rəsmlərini, kimisi də bəzək əşyalarını sərgiləyirdi.
Pəhləvanlar gah qırmızı kərpici sinələrində, başlarında, bellərində sındırıb, qollarının
əzələlərini heyrətdən gözləri bərələn tamaşaçıların bəbəklərinə soxur, gah da beş-altı
bığıburma kişini əllərinə alıb karusel kimi fırladırdılar. Heyvanlarsa bazar əhlinə poz
verib, sahiblərinin cibini doldururdu.
Mələk meydanın mərkəzinə yaxınlaşdı. Qara zurnanın sədası altında rəqqaslarla
əl-ələ verib yallı getmək istəsə də, onların ifalarına kənardan baxmaqla kifayətləndi.

464
   459   460   461   462   463   464   465   466   467   468   469