Page 468 - "Yeni söz"
P. 468
nc yazarların ədəbiyyat almanaxı

Mələk Rafiqin həyəcanına tamaşa edəndən sonra yola düzəldi. Küçədə ölüm
sükutu vardı. Hərdən dalanlardan oğlan uşaqlarının səsi gəlirdi. Bayır şəhərdə bir-birinə
aman verməyən maşınlar sanki ağızlarına su alıb susmusdu. Səssizlik Mələyi getdikcə
darıxdırmağa başladı.

Yunanıstan səfirliyinin yanından ötəndə sükutun səbəbi ona aydın oldu. Kişilər
üçmərtəbəli təzə mülkün qarşısında qurulmuş ağüzlüklü VİP çadırda qırx gün əvvəl
dünyasını dəyişmiş Qüdrət Aslanovun təziyəsinə toplaşıb mollanın mikrofonla oxuduğu
“Yasin” sürəsini dinləyirdilər. Oturanların başları molla tərəfə istiqamətlənsə də, hər
kəs öz aləmində idi. Kimi limonu armudu stəkana ötürür, kimi siqaretin tüstüsünü
havaya ərmağan edir, kimi də mobil telefonuyla internetdə eşələnirdi.

– Dünən eşitdin də, Nabranda nə hoqqa çıxarıblar? Televizorda göstərdilər, –
siqaretinin külünü külqabıya boşaldan şəvəbığ kişi yanında əyləşən dostunu
dümsüklədi.

– Əşi, sən Allah, zəhləm kriminala baxmaqdan gedir. Nəyimə lazımdır, kim-kimi
yortur? Mənimki çatdı. İşdən evə gələn kimi bir qismət yeyib cumuram kompüterə.

– Eh, mən yazıq klaviaturanın knopkasını basmağıma peşmanam, arvad başımın
üstünü kəsdirir. Ona görə ancaq xəbər saytlarına baxıram... Bura bax, sən bilərsən,
deyirlər... Aa, tanıdın bunu? Nazir müavinidi. Əşi, rəhmətlik kimlərlə oturub-durmayıb...

Gözündə qara eynək, boz kostyumlu ortayaşlı kişinin mağara daxil olması yalnız
yasa gələnlərin deyil, hətta mollanın da diqqətini çəkdi. Qüdrət Aslanovun böyük oğlu
ona yuxarı başda yer göstərdi. Əyləşənlər də nəzərlərini nazir müavininə yönəltdilər.
Məmur cibindən burun yaylığı çıxarıb dazlaşmış başının tərini siləndə tanışlarından
kimin gəlib-gəlmədiyini bilmək üçün bəbəklərini gözlərinin dairəsində fırlatdı.
Mərhumun rayondan gəlmiş qohumlarını görəndə ona elə gəldi ki, kimsə bu dəqiqə
yerindən qalxıb hansısa işə görə ağız açacaq. Gümanına o qədər inandı ki, yasdan tez
bir zamanda uzaqlaşıb bağına getmək istədi. Cibindən mobil telefonunu çıxarıb
köməkçisinə belə bir qısa ismarıc yazdı: “Beş dəqiqədən sonra zəng vur!”.

Bütün bu oyunlara tamaşa edən Mələklə Qüdrət Aslanov mağarın mərkəzində
dayanıb “Yasin” sürəsinin bitməsini gözlədilər. Məmur əlini cibinə atıb telefonunu
götürəndə Qüdrət səbrini boğa bilməyib Mələyə tərs-tərs baxdı:

– Gördün onu? O qədər qonaqlıq vermişəm ki. İndi buna bax, hüzrümdən əkilmək
istəyir. Məni aradan götürməsəydin, onu gec-tez tanıyıb üzünə tüpürəcəkdim. Sənə nə
deyim, arzularımı ürəyimdə qoydun! Bütün planlarımı pozdun...

– Axı taleyin ananın bətnində olanda yazılır. Niyə bunu yaddan çıxarırsan?
– Əh, onsuz da sənə dil çatdırmaq olmur. Hay de, vay de... Nə yaşım var idi ki?!
Doyunca nəvəmi oynatmadım...

468
   463   464   465   466   467   468   469   470   471   472   473