Page 472 - "Yeni söz"
P. 472
nc yazarların ədəbiyyat almanaxı

pencəyin içinə yığıb qollarını bir-birinə düyünlədi, öz qaloşlarının hər tayını pencəyin
bir cibinə dürtdü və boğçanı çomağının ucuna keçirdib çiyninə atdı. Başladı qoyunları
üzü kəndə tərəf arın-arxayın haylamağa.

Gün batana yaxın daşqasında boş su bidonları danqıldayan eşşək arabası yolunu
dəyişib ağacın altına girdi. İki kişi tullanıb yerə düşdü. Müəllimi tanımışdılar deyə
heyrətdən, təəccübdən bir-birlərinə yersiz suallar verirdilər. Müəllimə baxıb yanıb-
yaxılırdılar.

Birdən ağıllarına gəldi... Bidonları yerə boşaltdılar. Daşqanı altına çəkdilər, biri onu
ayaqlarından qaldırdı, o biri ilgəyi boynundan çıxardı. Əvvəl daşqaya uzandırdılar, sonra
sürüyüb yerə qoydular.

Nisbətən cavanı ağaca dırmaşıb kəndiri açdı. Yerdəki eşşəyin çürümüş və düyün-
düyün olmuş noxtasını çıxardıb təzə kəndiri hörmələdi, artığını kəsdi və yerdəki
bidonları yerinə yığıb onları bir-birinə bağladı ki, yırğalanmasın.

Uşaqlar təzə aldıqları topu təpikləyə-təpikləyə qayıdanda, onların arxasına düşmüş
küçük hər yerə burnunu soxub iyləyə-iyləyə gəlib cəsədi tapdı.

Uşaqlar onu nə qədər fitləsələr də, küçük müəllimdən əl çəkmədi, oturub başını
onun qarnına qoydu və qara muncuq gözləriylə işıqları çıraqban kəndə baxdı...

***
Həmin küçük böyüyüb it olub, gecələr peyda olur, ulayır, camaatın evindən hər gün
bir meyit çıxarır.
Odur ki, pal-paltar kəndi basıb, evlərin qapılarından, pəncərələrindən qıcqırıb yol-
lara dağılıb, hətta şalvar balaqları, köynək, pencək qolları adamların ayağına, boynuna
ilan kimi dolaşır, toran qovuşanda yollardan təkbaşına keçmək olmur, elə bil paltarlar
oyanır. Təsadüfən görənlər deyirlər ki, bəlanı gətirmiş o itin başının yerində müəllimin
başıdı. Səhərə qədər kəndin sağ qalmış kişiləri keşik çəkir, tapıb tuta bilmirlər. Camaat
əmindir ki, əgər o adambaşlı iti öldürsələr, qara bulud dağılanda günəşli səma necə
açılırsa, paltarlar da elə qəfil qeyb olacaq və kənd aydınlığa çıxacaq.
İndi mən də o adambaşlı iti görmək üçün əlitüfəngli kişilərlə kəndi dolaşmağa
gedirəm...

472
   467   468   469   470   471   472   473   474   475   476   477