Page 471 - "Yeni söz"
P. 471
Paltarboğan kənd Vüsal Nuru. Paltarboğan kənd
I ndi mən deyim, siz də görün. Deməli, hadisə bizim kənddə olub.
Məktəbin direktoru, daha doğrusu, təqaüdə göndərilmiş direktoru
günün günortaçağı bir qolunda kəndir kələfi, bir əlində də kətil, biçilmiş
taxıl zəmisinin başından keçən torpaq yolla ətrafa tək-tənha nəzarət eləyən nəhəng
palıd ağacının altına gəldi. Kətili qoyub oturdu. Kəndiri ucundan tutub qarşısına atdı
və pencəyinin cibindən paltar sabunu çıxarıb kəndirin canına yeritdi. Elə səliqəli ilgək
düzəltdi ki, deyərdin bəs sənəti İranda öyrənib gəlib. Boynuna salıb yoxladı, yaxşı
sürüşürdü. Kəndirin o biri ucunu bağlamaq üçün ağacın başına bir neçə dəfə dolanıb
ürəyinə yatan budağı axtardı. Tapıb sevinsə də, nə illah elədi, fırlayıb atdığı ilgək budağı
aşa bilmədi.
Cırılmış topu təpikləyib tozanaq qaldıran beş-altı yeniyetmə uşaq öz aralarında
mübahisə edərək, yaxınlıqdan keçəndə əlində kəndirlə tullanıb düşən qoca müəllimə
baxıb gülüşdülər.
Müəllim onları yanına çağırdı, təklif elədi ki, əgər budağa çıxıb kəndiri bağlasalar,
onlara top almaq üçün pul verəcək.
Uşaqlar meymun cəldliyi ilə palıda dırmaşdılar. Müəllim kətili gətirib üstünə çıxdı,
kəndirin uzunluğunu boyuna görə tarazladı və bağlatdı.
Cibində nə qədər pulu vardı verib uşaqları sevindirdi. Onlar kəklik kimi uçuşub
gedəndə müəllim kətilə çıxdı, ilgəyi boğazına keçirdib sürüşdürdü və boynunun ardında
bərkitdi. Şalvarını belinə dartıb səliqəyə saldı, kəmərini sıxdı, pencəyini düymələdi, qal-
stukunu sağa-sola çəkib yerində otuzdurdu. Bir neçə dəfə ciyərinə kəndin havasını çəkdi
və kətili arxaya itələdi.
Aradan xeyli vaxt keçmişdi, qonşu kəndin uşaqları məktəbdən çıxıb evlərinə
qayıdanda müəllimi görən kimi tanıdılar. Kimin planşeti, telefonu var idisə, o saat çıxarıb
çəkdi, internetdə paylaşdı və bir-birlərinə göstərərək getdilər.
Çiynində səhəng bulağa gedən yaşlı arvad kim idisə, müəllimi uzaqdan görən kimi
tanıdı. Çaparaq gəlib dizlərinə döydü, kətili çəkib oturdu, vaysına bildikcə vaysındı,
müəllimi əməlinə görə xeyli danladı, ürəyini boşaltdı, sonra durub kətili də götürüb
zəmanəyə qarğıya-qarğıya getdi.
Örüşün qayıdan vaxtı idi. Qoyunlar palıdın altına sürüylə doluşdular. Bəziləri
müəllimin ayaqlarını, üstünü qat kəsməmiş ayaqqabılarını iyləməyə də fürsət tapdı.
Çoban qoyunları qovub əliylə müəllimin üst-başını yoxladı. Onun ayaqqabılarını
çıxarıb geyindi. Sonra müəllimi çorabından köynəyinə qədər soyundurdu. Paltarları
471