Page 476 - "Yeni söz"
P. 476
nc yazarların ədəbiyyat almanaxı

3
Böyük Səhranın yeganə kəndinin adamları onu “sərxoş ilğım” adlandırır,
sevmirdilər.
Onun hər gün səhranın bir başında meydana çıxması onları qeyri-adi sehrli
qüvvələrin mövcudluğu ilə qorxudur, hətta bəzən onların yollarının üstündə olsa da,
adamlar meşə-adamın torpaqlarına ayaq basmır, başına dolanaraq ondan yan keçirdilər.
Yalnız odunçu qızı ondan qorxmur, hardan-hara uzanır-uzansın, hər gün günortaya
yaxın Böyük Səhranın ucsuz-bucaqsız çöllərində onu tapırdı.
Qız ağacların arasında gəzir, çiçək toplayır, yerə yatıb ibadət edən ağac
budaqlarından sallanıb uçunur, meşə-adamın sinəsindən qaynayan, qaynadıqca da
ətrafa sərinlik yayan sularından içirdi.
Bəzən, hətta qoynunda uzanıb, başını ağacların köklərinə qoyub, saçlarını bulağın
gözünə açıb yatırdı da.
Belə anlarda Meşənin sevinci Allahın altında dünyaya sığmırdı: yüksəlib-yüksəlib
Ona toxunur, O da həmişəki kimi gülümsəyirdi.
Bax onda onun bütün bədəni sevgilisinin təmasından titrəyir, vüsaldan çat verən
həsrətin dodaqlarından mamırlar və göbələklər, çiyələk və moruqlar bitir, qızın dörd
bir tərəfini basır, onu qoruyur, yarpaq əlləri, qönçə barmaqları ilə yatmış gözəli
əzizləyirdi.
Gözlərini açanda harda olduğunu unudan qız bir anlıq özünü itirir, sonra
gülümsəyirdi. Həmişə bu meşə onun gəlişini bax belə bayram edirdi.
Qız evə qayıdanda ətrafındakı göbələkləri, çiyələk-moruqları, böyürtkənləri yığıb
qurtara bilmirdi.
Heç kimin qorxudan getmədiyi meşədən qız beləcə həmişə əlidolu qayıdır, kəndin
bütün uşaqlarına giləmeyvələr paylayırdı.
Bəzən böyüklər də onun gətirdiyi meyvələrin dadına baxır, hətta tərifləyirdilər də.
Ancaq o uzaqlaşan kimi bütün kənd onun qarasına danışırdı.
Onun sehrli qüvvələrlə əlaqəyə girdiyini iddia edir, o lənət meşədə cinlərlə
görüşdüyünə dair əfsanələr uydururdular.
Meşə-adamınsa heç nədən xəbəri yoxdu.
O, hər sabah qızın eşqi ilə ağac bitirir, çiçək açır, qamac yaradır, budaqlayır, yarpaq-
yarpaq günəşə boylanır, torpağın lap dərinliklərindəki suyu sovurub yuxarı çıxarır,
qidalanır, sevgidən yaranan küləklərinin əlinə yarpaqlarının və çiçəklərinin ətrini
verərək kəndə göndərir, qızı səsləyirdi.
Hər axşamsa bütün varlığını bir balaca bədənə yığır, adam olurdu.

476
   471   472   473   474   475   476   477   478   479   480   481