Page 480 - "Yeni söz"
P. 480
nc yazarların ədəbiyyat almanaxı
Damcılar quraqlıqdan çat vermiş yerə düşdükcə aylarla suya həsrət qalan torpaqda
suyun udulma səsi – xışıltısı bütün kəndi ağzına aldı. Sanki torpaq dərindən bir ah çəkdi.
Yağış damcı-damcı artdı, yerin səsi bütün kəndə yayıldı, adamlar başlarını
pəncərədən çölə çıxararaq bir göyə baxdılar – apaçıqdı, bir yerə baxdılar – susuzdu,
gözlərinə inanmadılar, sevindilər, kəndin şamanı bu günü hətta öz təqvimində də qeyd
etdi, – evinin bir otağını təqvimə həsr etmiş, evin torpaq döşəməsində ayları çəkmiş,
günləri saymışdı və bu günü orada elə islatmaq lazım idi ki, həmişə islaq qalsın, hər
dəfə o günü yağışlı gün kimi yadına salsın, – o sabaha kimi bunu necə etməyi düşündü.
Bu arada yağış da leysana çevrilmişdi.
Dayanıb yağışa baxan adamlara elə gəlirdi ki, göydən yerə uzanan xətləri saymaq
olar və kəndin ən yaşlı, ahıl kişisi yuxusuzluqdan evin artırmasında kətil qoyub
oturduğundan o yağış xətlərini saymışdı da: deyəsən, qırx dənəydi, ya 39, ya 40; sabah
yenə günəşdən qorunmaq üçün bir evin arxasına sığınanda bunu hamıya deyəcək,
ağsaqqallarla və şamanla birgə bunun sirli mənasını axtaracaqdılar.
Ancaq artıq torpaq suyu udub çatdırmır, yağışsa dayanmadan yağırdı.
***
Odunçu qızı hələ də heç nə anlamadan əlindəki bıçağı bərk-bərk sıxaraq ona
baxırdı.
***
Həyətə yağan, yağdıqca artan yağışın selə dönüb kəndin küçələrini basdığını,
evlərin həyətlərində dövrə vuraraq oturub, yavaş-yavaş pəncərələrə qalxdığını ahıl kişi
gördü, başını qaldırıb göylərə baxdı, “vaxtı çatdı, deyəsən, – öz-özünə pıçıldadı –
deyəsən, Şaman Babanın dedikləri olur, deyəsən, dünyanı dağıdan Tufan budu.”
Şaman Baba ildə bir dəfə, yağışlı bir gecə gördüyü yuxunu kənd camaatına çox
danışmışdı – o tufan olanda hər heyvandan bir cüt götürüləcəkmiş, bir gəmiyə
doldurulacaqmış, ərzaq toplanacaqmış və bütün bunlar Nuh adlı birinə tapşırılacaqmış,
o da seçdiyi insanları mindirəcəkmiş gəmiyə, qalan hamı Tanrının yerə aşırdığı bir kuzə
suda boğulacaqmış.
Ona görə də bu kənddə heç kim oğluna Nuh adı vermək istəmirdi.
***
Su pəncərədən daşıb evə tökülməmiş qız onun ağladığını başa düşdü: bu yersiz və
zamansız yağan yağış onun göz yaşlarıydı.
Başa düşdü ki, nəsə etməlidi, yoxsa bütün kənd bu gecə yatağındaca boğulacaq.
480