Page 482 - "Yeni söz"
P. 482
nc yazarların ədəbiyyat almanaxı

Meşə-adam ona toxunmaq istədikcə geri çəkilir, onun əlini rədd edir, heyrətlə
ondan tökülən palçığa baxırdı.

Meşə-adamın içi-içini yeyirdi. Geriyə addım atmaq, çıxıb buralardan getmək
haqqında düşünürdü.

7
Son bir ay ərzində ilk gecəydi ki, yağış yağmırdı və isti yellər nəmişliyi sovurub
aparır, Böyük Səhranın çöllərinə tökürdü. Adamlar heyran-heyran başlarını
pəncərələrdən çıxarır, yupyumru hilala baxır, yağışın yağmadığına sevinərək
heyrətlənirdilər.
O gecə meşə-adam ilk dəfə odunçu qızına toxuna bilmişdi.
Qız ilk dəfə cəsarətini toplayaraq, oğlanın daima ona can atan əllərinə öz əllərini
tutmağa imkan vermişdi.
Qızın əlində hərarət – damarlarında dövr eləyən bəşəri qanın istiliyi, bir də izaholun-
maz bir incəlik, çiçək qoxusu kimi bir şey vardı.
Bu ətir hardan gəlirdi, necə gəlirdi, anlaya bilmirdi.
O çiçəkdən onun torpaq bədənində bitmirdi. Ancaq o ətirin təsirindən içində
nələrinsə tərpəndiyini, qırılıb yığıldığını, sovrulub oyandığını hiss edirdi.
Hiss edirdi ki, içində yavaş-yavaş nə isə tapılır, oyanır, günəş kimi dan yerini
parçalayır, qabığında oyanmış cücə kimi pərdəni cırmaqlayır, baramasında yatmış tırtıl
kimi çevrilir və baramasını dağıdır.
Odunçu qızı ilk dəfə o gecə oğlana qarşı nə isə hiss elədi – oğlanın əllərində itib-
batan əllərinin məhz onun üçün yarandığını anladı, anladı niyə bu dilsiz-ağılsız oğlan
çıxıb gedə bilmir, anladı niyə o, hər axşam küncə sıxılıb dünyanın su ehtiyatını tükədir.
Gözlərini yumub əllərini onun əllərinin içində hiss etmək o qədər xoş idi ki, zamanı
unutdu.
Birdən bütünlüklə bu torpaq qoxulu bədəndə, bax beləcə, zərrəciklərlə qarışaraq,
birdəfəlik itmək istədi.
Bu qədər vaxt onu anlamadığndan utandı, ona sarılmaq, “bağışla” demək istədi.
Gözlrini açdı.
Ancaq o getmişdi – onu bu ləzzətdən ayırmamaq üçün əllərini bir ovuc torpaq kimi
onun əllərində buraxıb getmişdi.
İçindən dəli bir ağlamaq keçdi – ilk dəfə idi ki, ona toxunmaq, onu hiss etmək
istəmişdi.
Hətta nəinki istəmişdi – bütün bədəni gərilərək onun torpaq qoxulu, qumlu
bədəninə sarılmaq üçün hazırlaşmışdı və indi onun bu sakit-səssiz gedişiylə barışa
bilmir, etiraz edirdi.

482
   477   478   479   480   481   482   483   484   485   486   487