Page 484 - "Yeni söz"
P. 484
nc yazarların ədəbiyyat almanaxı

Artıq bütün kənd camaatı hiss etmişdi ki, dayanmadan yağan, yağdıqca ərzaqlarını
tükədib, heyvanlarını sularda boğan, əkinlərini bataqlığa çevirən yağışların səbəbi bu
gecələr yoxa çıxan, ərşə çəkilən meşədədi və onu buralardan qovub didərgin salmaq,
mümkünsə qırıb axırına çıxmaq istəyirdilər.

Hər ağacdan qan fışqırdıqca daha inamla balta vururdular.
Meşəni qırmağa başladıqları ikinci gün qardaşları qızı evdə tapmadılar. Nə onlar
üçün çörək rahatlamışdı, nə hara getdiyini qonşulara demişdi. Eləcə çıxıb getmişdi.

***
Elə indicə kəsilmiş ağaclardan qan damırdı, sanki kötüklər qan ağlayırdı. Ətrafda
qan gölməçələnir, harda gəldi açan çöl çiçəkləri qəribə qırmızı rəng alırdılar. İndicə bur-
dan uzaqlaşmış odunçuların özlərindən sonra qoyduqları iz hava qaraldıqca itirdi.
Qız son iki gündə kəsilmiş onlarla ağacın kötükləri, elə oradaca uşaq kimi yıxılmış
gövdələri arasında dayanmış, nə edəcəyini bilmirdi. Birdən ayağının altında yerin
hərəkətə gəldiyini görüb qaçmağa başladı, amma qaçıb qurtula bilmədi.
Nəfəsi kəsilənə qədər qaçdı, bacardığı qədər sürətlə qaçarkən hərəkətə gələrək
ucalan, ucaldıqca yığılan torpaqların başına fırlanıb yan keçdi, ancaq sonda yıxıldı.
Get-gedə ucalıb-yığılan torpağın ətəklərinə yumalandı, yumalandıqca yaylığı
başından açıldı, donu cırıldı. Dirsəkləri və dizlərindən qan açıldı.
Qorxusundan və ağrıdan ağlamağa başladı.
Ağlaya-ağlaya ağacların, yarpaqların, çiçəklərin, budaqların, bulaqların insana
çevrilməsinə, bir adamın içinə yığılmasına gözlərini böyüdüb baxdı, Tanrının
böyüklüyünə heyran oldu.
Baxıb gördü ki, bu meşədə nə qədər gül varsa, onun ürəyidi; nə qədər su varsa,
damarlarındakı qandı; nə qədər yarpaq varsa, gözləridi. Ona görə də Onun gözləri
yamyaşıl, ürəyi təmiz, əlləri və bədəni isə qapqara palçıq qoxuludu.
Qız həm də gördü ki, gəzərkən yalın ayaqlarının torpaqda buraxdığı izlər Onun alın
yazısıdı.
Meşə-adam ondan bir az aralı oturmuşdu – bir əli, bir ayağı yoxdu, digər əli də
çiyindən yaralıydı, bədəni qıpqırmızı qızarmış, yaraşıqlı sifəti indi qırış-qırış qırışmış,
bircə gözlərindəki yaşıllıq eyni qalmışdı.
Daha ayağa dura bilmədiyindən elə yerlə sürünərək ondan və onların kəndindən
uzaqlaşmaq istəyirdi. Gözlərini yerə dikərək, ağır-ağır hərəkət edirdi.

484
   479   480   481   482   483   484   485   486   487   488   489