Page 486 - "Yeni söz"
P. 486
nc yazarların ədəbiyyat almanaxı

Meşə-adam elə bayaqkı kimi dayanmışdı.
Qızın üzünə belə baxmırdı. Qızsa hələ də dil-boğaza qoymadan danışırdı. Bilmirdi,
neyləsin.
Yerdə oturub onu dartışdırmaqdan dizlərindən qan axır, yel vurduqca oynayan
saçları oğlanın çiynində bitən qırxyarpağın tikanlarına ilişirdi.
Odunçu qızı onun boynundan tutaraq, başını dizlərinə sıxaraq, “Getmə” – deyirdi, –
ağama deyərəm, – deyirdi – “toxunmazlar” – deyirdi, yağışsa güclənirdi.

***
O, öz göz yaşlarının altında qalmışdı. Bütün bədəni yağış yağdıqca çatlayır, ordan
rəngsiz, ruhsuz bir zoğ çıxır, uzanıb bir yarpaq böyüdür, yarpağın cizgiləri yazılır, sonra
bir qönçə şişir, şişib partlayırdı.
O qədər gözəl partlayırdı ki, qönçələr, qız hər dəfə onun üstünə tullanır, ancaq o
dəqiqə bitkini basan tikanlar onu yaralayırdı.
Qız dəli kimi ağlayır, başa düşürdü ki, belə getsə, ondan heç nə qalmayacaq, ancaq
heç nə edə bilmirdi.
Neyləyə bilərdi ki, o ağlamasın, yağış yağmasın, yağış yağdıqca Onun bədənində
çoxalan bu güllər açmasın, belə gözəl açmasın...
Qızaran dan yerini görüb qız onu yerə qoydu. Özü də yerə çökdü. Daha dizlərində
taqət qalmamışdı.
Daha qollarında hey qalmamışdı. Bütün gecəni onu qucağında aparmış, çiyninə
girib yeriməsinə kömək etmiş, halsızlaşıb özündən gedəndə isə bir əlindən tutub
sürümüşdü.
Sürüdükcə onun bədəninin zərrə-zərrə parçalanaraq yollara töküldüyünü, onun
ovulub-ovulub yoxa çıxdığını gözləri ilə görmüşdü.
Üstü-başı Onun toz-torpağına bulaşmış, saçlarının arası və bütün bədəni yel əsdikcə
onun bədənindən tökülən qanlı torpaqdan qızarmış, sinəsindəki qanla Onun qanı
qarışmışdı.
Odunçu qızı bu qırmızılı-qaralı, torpaq qoxuyan tozun bədəninə hopduğunu, hop-
duqca da onu sakitləşdirdiyini, rahatlaşdırdığını hiss edirdi.
Elə bil onun bütün bu əzab-iztirabı bu tozmuş, sanki o, bu oğlanda elə bunu
axtarırmış.
O toz zərrəcikləri dərisinə hoparaq qanına, canına işləyir, içində hərəkət edərək
qarnının altına yığılır, onu ağırlaşdırır, həm da ona maraqlı bir rahatlıq hissi verirdi. Uzaq-

486
   481   482   483   484   485   486   487   488   489   490   491